bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Exodus 25
Exodus 25
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 26 →
1
Rəbb Musaya dedi:
2
«Mənə ianələr gətirmək barədə İsrail övladlarına belə söylə: könlü istəyən hər bir adamdan ianəni qəbul edin.
3
Onlardan qəbul edəcəyiniz ianələr budur: qızıl, gümüş, tunc,
4
bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu,
5
qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı,
6
çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar,
7
efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları.
8
Mənim üçün Müqəddəs məkan düzəltsinlər ki, aralarında məskunlaşım.
9
Mənim məskənimi və onun bütün avadanlığını göstərdiyim nümunələrə görə düzəldin.
10
Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündürlüyü qulac yarım olsun.
11
Onu içəridən və bayırdan xalis qızılla ört, ətrafına qızıl zolaq qoy.
12
Sandıq üçün dörd tökmə qızıl halqa düzəlt və onları onun dörd ayağına, iki halqanı bir yanına, iki halqanı isə o biri yanına bərkit.
13
Əbrişim ağacından şüvüllər düzəlt və üzərini qızılla ört.
14
Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçir.
15
Şüvüllər sandığın halqalarında qalıb oradan ayrılmasın.
16
Sənə verəcəyim şəhadət lövhələrini sandığın içinə qoy.
17
Xalis qızıldan kəffarə qapağını düzəlt. Qoy uzunluğu iki qulac yarım, eni isə qulac yarım olsun.
18
Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəlt.
19
Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar düzəlt ki, onunla bir hissədən olsun.
20
Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtsünlər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru olsun.
21
Kəffarə qapağını sandığın üstünə qoy; sənə verəcəyim şəhadət lövhələrini isə sandığın içinə qoy.
22
Orada kəffarə qapağının üzərində, Şəhadət sandığının üstündəki iki keruv arasında səninlə görüşəcəyəm və İsrail övladları üçün sənə əmr edəcəyim hər şeyi söyləyəcəyəm.
23
Əbrişim ağacından bir masa düzəlt: uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım olsun.
24
Onu xalis qızılla ört. Ətrafına qızıl zolaq qoy.
25
Ətrafında eni bir ovuc olan yan lövhələri düzəlt. Yan lövhələrin ətrafına da qızıl zolaq qoy.
26
Masa üçün dörd qızıl halqa düzəlt, halqaları onun dörd küncünə, dörd ayağına bərkit.
27
Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər olsun.
28
Şüvülləri əbrişim ağacından düzəlt və onları qızılla ört; masa onların vasitəsi ilə aparılsın.
29
Masa üçün xalis qızıldan sinilər və nimçələr, içmə təqdimlərini tökmək üçün dolçalar və piyalələr düzəlt.
30
Daima Mənim hüzurumda masanın üstünə təqdis çörəkləri qoy.
31
Xalis qızıldan bir çıraqdan düzəlt. Bu çıraqdan yastılanmış qızıldan olmalıdır. Altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən olsun.
32
Çıraqdanın yanlarından altı budaq – onun bir yanından üç budaq, o biri yanından da üç budaq çıxsın.
33
Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül olsun.
34
Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül olsun.
35
Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə olsun.
36
Qönçələr və budaqlar onunla bir hissədən ibarət olsun; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan olsun.
37
Onun üçün yeddi çıraq düzəlt və çıraqları onun üstünə qoy ki, qabaq tərəfinə işıq salsın.
38
Maşaları və xəkəndazları da xalis qızıldan olsun.
39
Çıraqdan və onun bütün avadanlığı bir talant xalis qızıldan düzəldilsin.
40
Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt.
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 26 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40