bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Ezekiel 30
Ezekiel 30
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 31 →
1
Mənə Rəbbin bu sözü nazil oldu:
2
«Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir:“‹Ah, o gün› deyib fəryad edin,
3
Çünki o gün yaxındır,Rəbbin günü yaxındır.O gün buludlu gündür,Millətlərin qiyamət günüdür.
4
Misirin üstünə qılınc gələcək,Kuş əzab çəkəcək.Misirdə adamlar həlak olandaÖlkənin sərvəti qarət olunacaq,O öz təməlindən dağılacaq.
5
Misirlə birlikdə Kuş, Put, Lud,Bütün Ərəbistan, Kuv və əhd bağladığı ölkənin adamlarıQılıncdan keçiriləcək”.
6
Rəbb belə deyir:“Misirə arxa olanlar yıxılacaq,Onun qürurlandığı qüdrət çökəcək.Miqdoldan Asvana qədər ərazidəQılıncdan keçiriləcəklər”Xudavənd Rəbb belə bəyan edir.
7
“Misir xaraba qalmış ölkələr kimiXaraba qalacaq.Şəhərləri viran olmuşŞəhərlər kimi viran olacaq.
8
Mən Misiri oda təslim edəndə,Ona kömək edənlər əziləndəBiləcəklər ki, Rəbb Mənəm.
9
O gün qayğısız Kuş əhalisini qorxutmaq üçün gəmilərlə qasidlər göndərəcəyəm. Onlar Misirin dağıldığı gün gələndə dəhşətə düşəcək. Budur, o gün gəlir!”
10
Xudavənd Rəbb belə deyir:“Babil padşahı Navuxodonosor vasitəsiləMisirin sərvətinə son qoyacağam.
11
O öz ordusu ilə, millətlər arasında ən rəhmsizi iləÖlkəni yerlə yeksan etmək üçün gətiriləcək.Misirə qarşı qılınc çəkəcək,Ölkəni ölülərlə dolduracaq.
12
Çayları qurudub,Ölkəni pis adamlara satacağam.Ölkəni də, orada olan hər şeyi dəYadellilərin əli ilə viran edəcəyəm”Mən Rəbb bunu söylədim.
13
Xudavənd Rəbb belə deyir:“Bütləri məhv edəcəyəm,Nofdakı bütləri yox edəcəyəm.Artıq Misirdə rəhbər qalmayacaq,Ölkəni dəhşətə salacağam.
14
Patrosu xarabalığa çevirəcəyəm,Soanı oda verəcəyəm,No şəhərini cəzalandıracağam.
15
Qəzəbimi Misirin qalası olanSin üzərinə tökəcəyəm,No şəhərinin çoxlu əhalisini yox edəcəyəm.
16
Misiri oda verəcəyəm,Sin ağrıdan qıvrılacaq,No şəhərinin divarı yarılacaq.Gündüz vaxtı NofdaDüşmənlər cövlan edəcək.
17
On şəhərinin və Pi-Besetin cavanlarıQılıncdan keçiriləcək.Oradakı əhali sürgün olunacaq.
18
Taxpanxesdə Misirin boyunduruğunu qırdığım zamanOrada gündüz qaranlığa çevriləcək,Qürurlandığı qüdrət məhv olacaq.Şəhər buludlarla örtüləcək,Qızları sürgün olunacaq.
19
Beləcə Misiri cəzalandıracağam.Onda biləcəklər ki, Rəbb Mənəm”».
20
Sürgünlüyümüzün on birinci ilində, birinci ayın yeddinci günü mənə Rəbbin sözü nazil oldu:
21
«Ey bəşər oğlu, Misir padşahı fironun qolunu qırdım. Qolu sağalmaq üçün bağlanmadı, ona sarğı qoyulmadı ki, qılınc ələ alacaq qədər güclənsin.
22
Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir padşahı fironun əleyhinəyəm. Hər iki qolunu – sağlam olanı da, sınanı da qıracaq, qılıncı əlindən salacağam.
23
Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm.
24
Babil padşahının qoluna güc verəcək, qılıncımı onun əlinə verəcəyəm. Fironun isə qollarını qıracağam. O, Babil padşahının önündə ağır yaralı kimi inildəyəcək.
25
Babil padşahının qoluna güc verəcəyəm, fironun qolları isə yanına düşəcək. Qılıncımı Babil padşahının əlinə verəndə, o da bu qılıncı Misir ölkəsinə tuşlayanda biləcəklər ki, Rəbb Mənəm.
26
Misirliləri millətlər arasına yayacağam və ölkələr arasına səpələyəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 31 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48