bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Habakkuk 2
Habakkuk 2
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
1
Keşiyimdə duracağam,Gözətçi qülləsində dayanacağam.Baxım Rəbb mənə nə deyəcək,Görüm şikayətlərimə nə cavab verəcək?
2
Rəbb mənə belə cavab verdi:«Görüntünü yaz, lövhələrdə açıqla ki,Qoy hər kəs tez onu oxuya bilsin.
3
Çünki bu görüntü müəyyən vaxt üçündür,Başa çatmağa tələsir və yalan deyil.Gecikmiş kimi görünsə də, gözləyin,Hökmən gələcək, gecikməyəcək.
4
Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil,Amma saleh adam imanı ilə yaşayacaq.
5
Həm də bu məğruru şərab aldadır,Bu təkəbbürlü adam sakit durmaz,Acgözlüyünü ölülər diyarı kimi genişləndirir,Ölüm kimi heç doymaz.Bütün millətləri özü üçün toplayar,Bütün xalqları özü üçün əsir alar.
6
Amma bütün bu əsir alınanlarOnu lağa qoyacaqlar,İstehzalı müəmmalarla deyəcəklər:“Özünə aid olmayanı ələ keçirənin,Xərac alıb varlananın vay halına!Bu nə vaxta qədər davam edəcək?”
7
Sənə xərac verənlər bir günQəflətən qiyam etməzmi?Oyanıb sizi qorxutmazmı?Budur, o vaxt onlara qənimət olacaqsan.
8
Bir çox milləti soyduğun üçünXalqlardan sağ qalanlar səni də soyacaq.Çünki insan qanı tökdün,Ölkələrə və şəhərlərə,Orada yaşayan hər kəsə zorakılıq etdin.
9
Evini haram qazancla dolduranın,Fəlakətdən qaçmaq üçünYuvasını yüksək yerdə quranın vay halına!
10
Sən çox xalqları qırmaqlaÖz evini rüsvay etdin,Öz həyatına günah gətirdin!
11
Belə ki divar daşları bu barədə fəryad qoparacaq,Taxta tirlər əks-səda verəcək!
12
Şəhəri qanlarla tikənin,Kəndi haqsızlıqla quranın vay halına!
13
Xalqlar odda yandırılmaq üçün zəhmət çəkir,Ümmətlər boş yerə özünü yorur.Bu, Ordular Rəbbindən deyilmi?
14
Çünki sular dənizi bürüdüyü kimiDünya Rəbbin izzətinin biliyi ilə doldurulacaq.
15
Qonşuların çılpaq bədənlərinə tamaşa etmək üçünOnlara şərab içirdib sərxoş edənin,İçkiyə zəhrimar qatanın vay halına!
16
Hörmət əvəzinə xəcalətlə doyacaqsan,Sən də iç, çılpaqlığını göstər;Rəbbin sağ əlindəki camSənin üzərində fırlanacaq.Rüsvayçılıq hörmətin üzərinə gələcək.
17
Livanda etdiyin zorakılıq öz başına gələcək,Heyvanların qırğını səni dəhşətə gətirəcək;Çünki insan qanı tökdün,Ölkələrə və şəhərlərə,Orada yaşayan hər kəsə zorakılıq etdin.
18
Sənətkarın oyduğu yonma ya tökmə bütünYalan öyrətməkdən başqa nə xeyri var?Bütü düzəldən sənətkar öz işinə güvənir,Amma onun düzəltdiyiDilsiz bütdən başqa nədir ki?
19
Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!”Deyən insanın vay halına!Büt yol göstərə bilərmi?Budur o, qızılla, gümüşlə örtülüb,Daxilində isə həyat nəfəsi yoxdur.
20
Lakin Rəbb müqəddəs məbədindədir,Qoy bütün dünya Onun önündə sussun!»
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
All chapters:
1
2
3