bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Hosea 2
Hosea 2
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 3 →
1
Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın.
2
Qınayın siz ananızı, qınayın,Çünki o Mənim arvadım deyil,Mən də onun əri deyiləm.Qoy üzündə görünən fahişəliyi,Qoynunda olan xəyanəti atsın.
3
Yoxsa onu çıl-çılpaq soyundurubLüt, anadangəlmə edəcəyəm.Mən onu səhra, quru torpaq kimi edəcəyəm,Susuzluqdan öldürəcəyəm.
4
Onun balalarına da rəhm etməyəcəyəm,Çünki onlar da xəyanət övladıdır.
5
Onların anası zina etdi.Onlara hamilə qalan qadın rəzillik etdi,Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm,Axı çörəyimi, suyumu, yunumu, kətanımı,Zeytun yağımı və içkimi verən onlardır”.
6
Buna görə də onun yolunu qanqallarla kəsibÖnünə hasar çəkəcəyəm.Öz yolunu tapa bilməyəcək.
7
Oynaşlarının dalınca gedəcək,Ancaq onlara çatmayacaq.Onları axtaracaq,Ancaq tapmayacaq.O zaman deyəcək:“Qoy öz əvvəlki ərimin yanına qayıdım,Çünki o vaxt halım indikindən yaxşı idi”.
8
Amma o bilmirdi ki,Ona taxılı, təzə şərabı,Zeytun yağını verən Mənəm.Baal bütü üçün sərf etdikləriQızıl-gümüşü çoxaldan Mənəm.
9
Buna görə də öz vaxtında taxılımı,Öz mövsümündə təzə şərabımı geri alacağam.Onun çılpaqlığını örtmək üçün verdiyimYunu və kətanı əlindən alacağam.
10
İndi oynaşlarının önündəOnun ayıbını üzə çıxaracağam.Kimsə onu əlimdən qurtara bilməyəcək.
11
Onda olan bütün şadlıqlara,Bayramlara, Təzə Ay mərasimlərinə,Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam.
12
Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm.O bunlar barədə deyirdi:“Bu, oynaşlarımın mənə verdiyi muzddur”.Bağlarını tikanlığa çevirəcəyəm,Çöl heyvanlarına yem olacaqlar.
13
Baal bütlərinə buxur yandırdığı günlər üçünOnu cəzalandıracağam.O vaxt halqalar və cəvahiratla özünü bəzəyərəkOynaşlarının dalınca getmiş,Məni isə unutmuşdu»Rəbb belə bəyan edir.
14
«Amma Mən onu dilə tutubSəhraya aparacağam,Onun ürəyincə olan sözlər deyəcəyəm.
15
Orada ona üzüm bağları verəcəyəm,Akorvadisini ümid qapısına çevirəcəyəm.Cavanlıq günlərində olduğu kimi,Misir torpağından çıxdığı gün kimiOrada nəğmə oxuyacaq».
16
Rəbb bəyan edir: «Həmin günMənə “ərim” deyəcəksən,Artıq “ağam”deməyəcəksən.
17
Baal bütlərinin adını dilindən siləcəyəm,Onların adı bir də yada salınmayacaq.
18
O gün sənin asayişin üçünÇöl heyvanları, göy quşları vəYerdə sürünənlərlə əhd kəsəcəyəm.Ölkədən kamanı, qılıncı,Müharibəni götürəcək,Səni əmin-amanlıqda yatıracağam.
19
Səni əbədi olaraq Özümə nişanlayacağam,Salehlik, ədalət, məhəbbət və mərhəmətləSəni özümə nişanlayacağam.
20
Səni sədaqətlə Özümə nişanlayacağam,Sən də Rəbbi tanıyacaqsan».
21
Rəbb bəyan edir: «O gün hay verəcəyəm,Göylərə hay verəcəyəm,Onlar da yerə hay verəcək.
22
Yer isə taxıla, təzə şəraba vəZeytun yağına hay verəcək,Onlar da İzreelə hay verəcək.
23
Xalqımı ölkədə Özüm üçün əkəcəyəm,“Mərhəmət tapmamış” dediyiməMərhəmət edəcəyəm.“Xalqım deyil” dediyimə“Xalqımsan” deyəcəyəm.O isə Mənə “Allahımsan” deyəcək».
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14