bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Jonah 2
Jonah 2
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
1
Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi:
2
«Əzab içində Rəbbi çağırdım,O mənə cavab verdi.Ölülər diyarının bağrından fəryad etdim,Sən mənim səsimi eşitdin.
3
Sən məni dərinə, dənizin qoynuna atdın,Məni sellər sarıdı,Sənin bütün ləpələrin və dalğalarınÜstümdən keçdi.
4
Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”,Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm.
5
Nəfəsim kəsilənə qədər məni sular bürüdü,Məni dərinliklər aldı,Başıma yosunlar sarıldı.
6
Dağların dibinə qədər endim,Arxamca əbədilik dünya bağlandı.Lakin, ya Rəbb Allahım, Sən canımı dərin çuxurdan çıxartdın.
7
Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum,Mənim duam Sənə,Sənin müqəddəs məbədinə çatdı.
8
Puç olan bütlərə səcdə edənlərOnlara verilən lütfdən imtina edərlər.
9
Amma mən Sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm,Əhdimi yerinə yetirəcəyəm.Xilas Rəbdədir!»
10
Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
All chapters:
1
2
3
4