bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Zephaniah 1
Zephaniah 1
Azerbajani (Azərbaycan Bibliyası 2008)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
1
Yəhuda padşahı Amon oğlu Yoşiyanın hökm etdiyi dövrdə Xizqiya oğlu Amarya oğlu Gedalya oğlu Kuşi oğlu Sefanyaya Rəbbin sözü nazil oldu.
2
Rəbb belə bəyan edir:«Yer üzündən hər şeyi silib-süpürəcəyəm».
3
Budur, Rəbb belə bəyan edir:«İnsanları, heyvanları,Göydəki quşları, dənizdəki balıqları,Pis adamları iləŞər üçün qurulan tələləriniSilib-süpürəcəyəm,İnsanı yer üzündən yox edəcəyəm.
4
Əlimi uzadıb Yəhuda və Yerusəlim sakinlərininHamısını cəzalandıracağam,Baal bütlərinə ibadətin qalıqlarını,Kahinlərlə bütpərəst din xadimlərinin adlarını da buradan silib atacağam.
5
Damlarda göy cisimlərinə səcdə edənləri,Həm Rəbbin adına, həm də Milkom bütü adınaAnd içib səcdə edənləri,
6
Rəbbin yolundan dönənləri,Rəbbə müraciət etməyənləri,Rəbdən məsləhət almayanlarıBuradan yox edəcəyəm».
7
Susun Xudavənd Rəbbin qarşısında,Çünki Onun günü yaxınlaşır,Rəbb qurban hazırlayıb, qonaqlarını dəvət edib.
8
Rəbb deyir: «O qurban günü əmirləri, şahzadələri,Əcnəbi dəbi ilə geyinənləri cəzalandıracağam.
9
O gün kandarından tullanıb keçənləri,Öz ağalarının evlərini zorakılıq və hiylə iləDolduranları cəzalandıracağam».
10
Rəbb bəyan edir:«O gün Yerusəlimdə Balıqlar darvazasından fəğan səsi,İkinci Məhəllədən fəryadlar,Təpələrdən isə böyük gurultu eşidiləcək».
11
Ey bazar məhəlləsinin sakinləri, nalə çəkin!Bütün tacirləriniz məhv olacaq,Tərəzidə gümüş çəkənləriniz qırılacaq.
12
O zaman Yerusəlimin hər tərəfiniÇıraqlarla axtaracağam,Firavan yaşayan qayğısızları,Ürəklərində«Rəbb nə yaxşılıq, nə də pislik –Heç nə etməz»Deyənləri cəzalandıracağam.
13
Var-dövlətləri talan olacaq,Evləri xaraba qalacaq,Tikdikləri evlərdə yaşamayacaqlar,Onlar saldıqları üzümlüklərinŞərablarını içməyəcəklər.
14
Rəbbin möhtəşəm günü yaxınlaşır,Yaxınlaşır, tez gələcək.Rəbbin günündə fəryad səsi çıxacaq,İgid adam belə, fəryad edəcək.
15
O gün qəzəb günüdür:Hər tərəfiƏziyyət və məşəqqətin,Viran və talanın,Qaranlıq və zülmətin,Qara buludların bürüdüyü gündür!
16
O gün istehkamlı şəhərlərə,Hündür künc qüllələrinə qarşıDöyüş üçün çalınan şeypurların,Döyüş nərələrinin səsləndiyi gündür!
17
Rəbb deyir:«Adamlara elə bəla göndərəcəyəm ki,Kor kimi hara gedəcəklərini bilməyəcəklər,Çünki Mən Rəbbə qarşı günah ediblər.Qanları su kimi axacaq,Bədənləri yerdə çürüyüb peyin olacaq».
18
Rəbbin qəzəb günündəQızıl-gümüşləriOnları qurtara bilməyəcək,Onun qısqanc qəzəbinin alovundaBütün ölkə yanıb yox olacaq,Çünki O, bir anda ölkənin sakinlərini qıracaq.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
All chapters:
1
2
3