bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Amos 2
Amos 2
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 3 →
1
Rəbb belə deyir:“Moavlıların üç-dörd qat günahına görəOnları cəzasız buraxmayacağam,Çünki onlar Edom padşahının sümüklərini yandırıb əhəng hazırladı.
2
Buna görə də Moava od yağdıracağam ki,Qeriyotun qalalarını yandırıb-yaxsın.Moav qışqırtı və şeypur səsi altında,Səs-küylə məhv olacaq.
3
Onların arasından hakimləri kəsib-atacağam,Bütün başçılarını da öldürəcəyəm” Rəbb belə deyir.
4
Rəbb belə deyir:“Yəhudalıların üç-dörd qat günahına görəOnları cəzasız buraxmayacağam,Çünki onlar Rəbbin qanununa xor baxıb qaydalarına riayət etmədi,Atalarının sitayiş etdiyi saxta bütlər onları da yollarından azdırdı.
5
Buna görə də Yəhudaya od yağdıracağam ki,Yerusəlimin qalalarını yandırıb-yaxsın”.
6
Rəbb belə deyir:“İsraillilərin üç-dörd qat günahına görəOnları cəzasız buraxmayacağam,Çünki onlar düz adamları pula,Möhtacları da bir cüt çarığa satır,
7
Yoxsulları toz-torpağın içinə salıb əzir,Məzlumlara yol vermir.Ata və oğul eyni qızla yatıbMüqəddəs adımı ləkələyir.
8
İsraillilər hər qurbangahın yanındaGirov götürdükləri paltarın üzərində yatır,Özlərinin Allahının məbədindəCərimə üçün gətirilən şərabı içirlər.
9
Amma Mən sidr ağacı kimi hündür,Palıd ağacı kimi möhkəm olanEmorluları qarşınızda yox etdim,Yuxarıdan bəhrəsini, aşağıdan kökünü kəsdim.
10
Mən sizi Misir torpağından çıxarıbQırx il çöldə gəzdirmişdim ki,Siz Emorluların torpağına sahib olasınız.
11
Oğullarınızdan peyğəmbərlər,Cavanlarınızdan Nəzirilər təyin etdim.Ey İsraillilər, bu belə deyilmi?” Rəbb bəyan edir.
12
“Siz isə Nəzirilərə şərab içirdiniz,Peyğəmbərlərə ‹peyğəmbərlik etmə› əmri verdiniz.
13
Dərzlə dolu olan araba torpağı necə əzirsə,Mən də sizi elə əzəcəyəm.
14
Bərk qaçan qaça bilməyəcək,Qüvvətli isə gücünü göstərə bilməyəcək.İgid canını qurtara bilməyəcək,
15
Yay çəkən də mövqe tuta bilməyəcək.Ayaqdan çevik olan qurtula bilməyəcək,Süvari də canını qurtara bilməyəcək.
16
Hətta ən igid döyüşçü belə,O gün əliyalın qaçacaq” Rəbb belə bəyan edir.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9