bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Amos 3
Amos 3
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 4 →
1
Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir:
2
“Yer üzündəki nəsillərin arasında yalnız sizinlə ünsiyyət yaratmışam.Ona görə Mən bütün cəzanızı öz başınıza gətirəcəyəm”.
3
İki nəfər razılaşıb görüşməsə,Birgə yol gedərmi?
4
Şikarı olmayan şirMeşədə nərə çəkərmi?Heç nə ovlamamış gənc aslanYuvasında nərildəyərmi?
5
Yerdə tələ qurub yem qoyulmazsa,Oraya quş düşərmi?Bir şey tutmayan tələYerindən atılarmı?
6
Şəhərdə şeypur çalınarsa,Xalq qorxuya düşməzmi?Əgər Rəbb bəla göndərməsə,Hansısa bir şəhərə bəla gələrmi?
7
Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərəÖz niyyətini açmadan heç nə etmir.
8
Şir nərə çəkəndəKim ondan qorxmaz?Xudavənd Rəbb söyləyəndəKim peyğəmbərlik etməz?
9
Aşdodun qalalarında,Misir torpağının qalalarında belə elan edin:“Samariya dağlarının üzərinə yığılın.Oradakı böyük qarışıqlığı,Onun içindəki təzyiqi görün”.
10
Rəbb bəyan edir:“Hətta düz iş görməyi bacarmırlar.Onlar qalalarına zorakılıqla,Soyğunçuluqla qənimət yığır”.
11
Ona görə də Xudavənd Rəbb belə deyir:“Düşmən gəlib ölkəni mühasirəyə alacaq,Səni gücdən salıb qalalarını qarət edəcək”.
12
Rəbb belə deyir:“Çoban şir ağzından necə iki bud sümüyüYaxud qulağın bir parçasını çəkib qurtararsa,Samariyada divan üzərində,Dəməşqdə yataqda oturanİsrail övladları da eləcə xilas olacaq”.
13
“Buna qulaq asın!Yaqub nəslinə xəbərdarlıq edin!”Ordular Allahı Xudavənd Rəbb belə deyir.
14
“Mən İsraillilərə günahlarına görə cəza verəcəyim günBet-Eldəki qurbangahı da cəzalandıracağam.O qurbangahın buynuzları kəsilib yerə tullanacaq.
15
Mən qış sarayı ilə yay sarayını yıxacağam,Fil sümüyü ilə bəzənmiş evlər dağılacaq,Böyük saraylar viran qalacaq” Rəbb belə bəyan edir.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9