bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Ecclesiastes 1
Ecclesiastes 1
Azerbajani (Azərbaycan Bibliyası 2008)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 2 →
1
Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir.
2
Vaiz deyir:«Hər şey puçdur, puçdur, tamam puçdur!
3
İnsanın səma altında çəkdiyiBütün zəhmətlərinin nə faydası var?
4
Bir nəsil gedir, o biri nəsil gəlir,Amma dünya daim qalır.
5
Günəş çıxır, günəş batır,Sonra tələsik yerinə dönür ki,Təzədən çıxsın.
6
Külək cənub səmtinə əsir,Sonra şimal səmtinə dönür.Dönə-dönə gedir,Öz yolunu təkrar edir.
7
Bütün çaylar dənizə axır,Amma dəniz heç vaxt dolmur.Axdıqları yerə qayıdırlar ki,Təzədən axsınlar.
8
Hər şey çətin başa gəlir.Sözlər kifayət etmir,Göz görməkdən doymur,Qulaq da eşitməkdən.
9
Nə olubsa, yenə olacaq,Nə edilibsə, yenə ediləcək.Ona görə də səma altında tamam təzə bir şey yoxdur.
10
Məgər bir şey var ki,Onun haqqında deyilsin:“Bax bu təzə bir şeydir?”O da çoxdan var imiş –Bizim dövrümüzdən əvvəl.
11
Əvvəlki şeylərdən heç nə xatırlanmır,Gələcəkdə baş verən şeylərdən dəBundan sonra gələnlər arasındaHeç nə xatırlanmayacaq.
12
Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim.
13
Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.
14
Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər.
15
Əyri olan düz ola bilməz,Əskik olan sayıla bilməz.
16
Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var”.
17
Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər.
18
Çünki hikmət çox olduqcaKədər də çoxalır.Bilik artdıqcaDərd də artır.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12