bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Ecclesiastes 4
Ecclesiastes 4
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 5 →
1
Mən yenə səma altında edilənBütün zülmləri gördüm:Məzlumların göz yaşlarını gördüm,Onlara təsəlli verən yox idi,Qüdrət zalımların əlində idi,Məzlumlara təsəlli verən yox idi.
2
Çoxdan ölüb getmiş adamlarıHələ diri qalanlardan daha xoşbəxt saydım.
3
Bunlardan da xoşbəxt o adamdır ki,Hələ dünyaya gəlməyib,Səma altında edilən pisliyi görməyib.
4
Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
5
Ağılsız adam əlini qoynuna qoyur,Öz canını üzür.
6
Bir ovuc dolusunun gətirdiyi rahatlıqİki ovuc dolusunun gətirdiyiZəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.
7
Mən yenə səma altında puç olan başqa bir şeyi gördüm:
8
Tənha bir adam var idi,Onun nə oğlu, nə də qardaşı var idi.Zəhmət çəkməkdən yorulmazdı,Lakin yenə də gözləri mal-dövlətdən doymurdu.Özündən soruşmurdu ki,Kimin üçün bu qədər zəhmət çəkirəm,Kimin üçün özümü zövq almaqdan məhrum edirəm?Bu da puçdur, böyük bir dərddir.
9
İki adam bir adamdan yaxşıdır,Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar.
10
Əgər biri yıxılsa,O biri yoldaşını qaldırar.Lakin vay o adamın halına ki,Yıxılanda onu qaldıran olmur!
11
Həmçinin iki nəfər bir yerdə yatarsa,Bir-birini isidər.Amma tək yatan necə isinə bilər?
12
Əgər bir nəfər tək qalıb məğlub olarsa,İki nəfər hücuma tab gətirə bilər.Üçqat ip tez qırılmaz.
13
Yoxsul və hikmətli bir cavan irad qəbul etməyən qoca və səfeh padşahdan yaxşıdır.
14
Çünki o cavan bu ölkədə yoxsulluq içində doğulsa da, zindana düşsə də, çıxıb padşah ola bilər.
15
Gördüm ki, səma altında dolaşan bütün adamlar padşah taxtına oturan bu cavanın ardınca gedir.
16
Onun başına yığışan bütün xalqın sayı-hesabı yox idi. Ancaq sonra gələn nəsillər onun üçün də sevinməyəcək. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12