bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Joel 1
Joel 1
Azerbajani (Azərbaycan Bibliyası 2008)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
1
Petuelin oğlu Yoelə nazil olan Rəbbin sözü budur:
2
Ey ağsaqqallar, bunu dinləyin.Ey bütün ölkə əhalisi, buna qulaq asın,Sizin və atalarınızın dövründəBelə bir şey olubmu?
3
Siz bunu övladlarınıza danışın.Övladlarınız da öz övladlarına,Onların övladları isə gələcək nəslə danışsın.
4
Kəsici çəyirtkələrdən qalanı qaynaşan çəyirtkə yedi,Qaynaşan çəyirtkədən qalanı tullanan çəyirtkə yedi,Tullanan çəyirtkədən qalanı dağıdıcı çəyirtkə yeyib-qurtardı.
5
Ayılın, ey sərxoşlar və ağlayın.Ey şirin şərab içənlər, hamınız nalə çəkin,Ona görə ki, şirin şərab ağzınızdan alındı.
6
Çünki mənim torpağımın üzərinəQüvvətli və saysız-hesabsız bir millət gəldi.Onların dişləri aslan dişləri kimidir,Onlarda dişi aslanın köpək dişləri var.
7
Tənəyimi məhv etdi,Əncir ağacımı gəmirdi,Qabıqlarını tamamilə soyub yerə atdı,Budaqları ağ qaldı.
8
Cavanlıqda nişanlısını itirən,Büsbütün çul geyinənBir qız kimi yas tutun.
9
Rəbbin evindənTaxıl təqdimi və içmə təqdimi kəsildi,Rəbbə xidmət edən kahinlər yas tutur.
10
Zəmi viran qalıb, torpaq ağlayır,Çünki taxıl zay oldu, təzə şərab qurudu,Zeytun yağı qurtardı.
11
Buğda və arpaya görəEy əkinçilər, utanın!Ey bağbanlar, nalə çəkin!Çünki torpağın məhsulları yoxa çıxdı,
12
Tənək qurudu,Əncir ağacı soldu,Nar, xurma, alma,Çölün bütün ağacları qurudu.Görün ki, bəşər övladları arasından sevinc yox oldu.
13
Ey kahinlər, çul geyinərək yas tutun!Ey qurbangah xidmətçiləri, nalə çəkin!Ey Allahıma xidmət edənlər,Gəlin çulda gecələyin,Çünki Allahınızın evindənTaxıl təqdimi və içmə təqdimi yox oldu.
14
Oruc üçün vaxt təyin edin,Təntənəli toplantı çağırın.Ağsaqqalları, ölkənin bütün əhalisiniAllahınız Rəbbin evinə yığın,Rəbbə fəryad qoparın.
15
Vay o günə!Budur, Rəbbin o günü yaxındır,O gün Külli-İxtiyar fəlakət gətirəcək.
16
O yemək gözlərimizin önündən,Sevinc və şadlıq Allahımızın evindən yox olmadımı?
17
Torpaq kəsəkləri altında toxumlar çürüdü,Zirzəmilər boş qaldı,Anbarlar dağıldı,Çünki taxıllar məhv oldu.
18
Heyvanlar necə də inildəyir,Naxırlar çaşbaş qalıb,Çünki onlar otlaqsız qalıb,Sürülər də susuzluqdan əldən düşür.
19
Ya Rəbb, Sənə fəryad edirəm,Çünki çölün otlaqlarını alov yandırıb-yaxdı,Bütün düzəngahın ağacları odda qovruldu.
20
Çöl heyvanları da Səni çağırır,Axı axar sular quruyub,Çölün otlaqlarını alov yandırıb-yaxdı.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
All chapters:
1
2
3