bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Joel 2
Joel 2
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
1
Sionda şeypur çalın,Müqəddəs dağımda bərkdən çalın.Qoy ölkənin bütün əhalisi titrəsin,Çünki Rəbbin günü gəlir,Həmin gün yaxındadır.
2
Qaranlıq zülmətli bir gün!Buludlu və qatı qaranlıq bir gün!Bir qoşun gəlirDağlar üzərində yayılan dan kimiÇoxsaylı və qüvvətli bir qoşun.Elə bir qoşun ki,Əzəldən bəri bunun kimisi olmamışdır,Bundan sonra da nəsillər boyu olmayacaqdır.
3
Önlərindəki hər şeyi od yandırıb-yaxır,Arxada qalanları alov qovurur.Önlərindəki Eden bağına bənzər yerdir,Arxalarında olansa izsiz bir səhradır,Heç nə onlardan qaçıb qurtara bilmir.
4
Onlar görkəmcə ata bənzəyir.Atlar necə çapırlarsa,Onlar da eləcə çapırlar.
5
Döyüş arabalarına bənzəyən səslə,Küləşi yandırıb-yaxan od-alovun səsi ilə,Dağların zirvələri üzərindən tullanırlar.Onlar hücum üçün düzülən güclü bir qoşuna bənzəyirlər.
6
Onların qarşısında xalqlar sanki ağrı çəkir,Bütün üzlər solur.
7
Qaçırlar igidlər kimi,Divara dırmaşırlar cəngavərlər kimi.Hamı nizamla gedir sırasını pozmadan.
8
Heç kim yoldaşını tapdalamadanYolundan çıxmır.Silahlar sırasını yarıb-keçirlər,Lakin salamat qalırlar.
9
Şəhərə doğru qaçışır,Divarlardan atlanıb evlərə soxulurlar,Quldur kimi pəncərələrdən girirlər.
10
Qarşılarında yer sarsılır,Göylər lərzəyə gəlir,Günəş və ay qaralır,Ulduzlar işıqlarını gizlədir.
11
Rəbb Öz ordusu önündə səs salır:Ordularının sayı-hesabı yoxdur.Onun sözünü yerinə yetirənlər güclüdür.Rəbbin günü möhtəşəm və çox dəhşətlidir.Buna kim dözə bilər?
12
Rəbb belə bəyan edir:«İndi isə orucla, ağlamaqla, yas tutmaqlaBütün qəlbinizlə Mənə dönün.
13
Paltarlarınızı deyil, ürəyinizi yırtın,Allahınız Rəbbə tərəf qayıdın».Çünki O, lütfkar və rəhmlidir,Hədsiz səbirlidir, bol məhəbbətlidir,Bəla göndərməz, rəhm edər.
14
Kim bilir, bəlkə rəhm edib dönər?Sonra Allahınız RəbbəTaxıl və içmə təqdimlərini verəsiniz deyəSizə bərəkət verər.
15
Sionda şeypur çalın,Oruc üçün vaxt təyin edin,Təntənəli toplantı çağırın.
16
Xalqı bir yerə yığın,Camaatı təqdis edin,Ağsaqqalları yığın,Uşaqları və südəmər çağaları toplayın.Bəy öz otağından,Gəlin də öz gərdəyindən çıxsın.
17
Rəbbə xidmət edən kahinlərMəbədin eyvanı ilə qurbangah arasında ağlayıb desin:«Ya Rəbb, xalqına qıyma,Öz irsini rüsvay olmağa qoyma!Qoyma onlar millətlərin dilinə düşsün.Axı nə üçün xalqlar arasında belə deyilsin:“Bəs hanı onların Allahı?”»
18
O zaman Rəbb Öz torpağına qıymayacaq,Öz xalqına rəhm edəcək.
19
Rəbb xalqına belə cavab verəcək:«Budur, sizə taxıl,Təzə şərab və zeytun yağı göndərəcəyəm,Bunlarla doyacaqsınız,Artıq sizi millətlər arasında rüsvay etməyəcəyəm.
20
Şimal tərəfdən gələn ordunu sizdən uzaqlaşdıracağam.Onu quraq, izsiz bir yerə,Qarşıdakı ordunu Şərq dənizinə,Arxadan gələnləri isə Qərb dənizinə aparacağam.Onların cəsədlərinin pis iyləri ətrafa yayılacaq».Həqiqətən, Rəbb böyük işlər gördü.
21
Qorxma, ey torpaq, sevin, fərəhlən.Bu böyük işləri görən Rəbdir.
22
Qorxmayın, ey çöl heyvanları,Çünki çölün otlaqları göyərir.Ağac meyvəsi ilə yüklənir,Əncir ağacı, tənək bəhrələrini verir.
23
Ey Sion xalqı,Allahınız Rəbdə sevinin və şadlanın,Çünki payız yağışını sizə kifayət qədər verir.Əvvəlki kimi payız yağışı iləYaz yağışını yağdırır.
24
Xırmanlar taxılla dolu olacaq,Təknələr təzə şərab və zeytun yağı ilə daşacaq.
25
«Aranıza göndərdiyim böyük qoşunumun –Kəsici çəyirtkənin, qaynaşan çəyirtkənin,Tullanan çəyirtkənin və dağıdıcı çəyirtkəninYeyib-qurtardığı illərin əvəzini verəcəyəm.
26
Bol-bol, doyunca yeyəcəksiniz,Sizin üçün möcüzəli şeylər edənAllahınız Rəbbin adına şükürlər edəcəksiniz.Xalqım əbədi olaraq rüsvay olmayacaq.
27
Onda biləcəksiniz ki,Mən İsrailin arasındayam,Allahınız Rəbb Mənəm,Başqası yoxdur.Xalqım əbədi olaraq rüsvay olmayacaq.
28
Ondan sonra isəBütün bəşər üzərinə Ruhumu tökəcəyəm.Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək,Ağsaqqallarınız röyalar,Cavanlarınızsa görüntülər görəcək.
29
O günlərdə qul və qarabaşların üzərinə dəRuhumu tökəcəyəm.
30
Göylərdə və yerdə əlamətlər göstərəcəyəm:Qan, alov və tüstü dirəkləri görünəcək.
31
Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəlGünəş qaranlığa və ay qan rənginə dönəcək.
32
Amma Rəbbin adını çağıran hər kəs xilas olacaq,Çünki Rəbbin dediyi kimiSion dağında və Yerusəlimdə qurtuluş olacaq,Rəbbin çağırdığı sağ qalanlar arasında olacaq.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
All chapters:
1
2
3