bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 18
Psalms 18
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Chapter 95
Chapter 96
Chapter 97
Chapter 98
Chapter 99
Chapter 100
Chapter 101
Chapter 102
Chapter 103
Chapter 104
Chapter 105
Chapter 106
Chapter 107
Chapter 108
Chapter 109
Chapter 110
Chapter 111
Chapter 112
Chapter 113
Chapter 114
Chapter 115
Chapter 116
Chapter 117
Chapter 118
Chapter 119
Chapter 120
Chapter 121
Chapter 122
Chapter 123
Chapter 124
Chapter 125
Chapter 126
Chapter 127
Chapter 128
Chapter 129
Chapter 130
Chapter 131
Chapter 132
Chapter 133
Chapter 134
Chapter 135
Chapter 136
Chapter 137
Chapter 138
Chapter 139
Chapter 140
Chapter 141
Chapter 142
Chapter 143
Chapter 144
Chapter 145
Chapter 146
Chapter 147
Chapter 148
Chapter 149
Chapter 150
Chapter 19 →
1
O belə oxudu:Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.
2
Rəbb qayam, qalam, xilaskarımdır,Allahım qayamdır, Ona pənah gətirəcəyəm,Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.
3
Həmdə layiq Rəbbi çağıracağam,Düşmənlərimin əlindən qurtulacağam.
4
Ətrafımı ölüm ipləri bürümüşdü,Məni əcəl selləri ürkütmüşdü.
5
Ölülər diyarının ipləri mənə sarılmışdı,Ölüm kəməndləri məni qarşılamışdı.
6
Əzab içində Rəbbə yalvardım,Allahıma fəryad qopardım.O, məbədindən səsimi eşitdi,Fəryadımsa hüzuruna, Onun qulağına yetdi.
7
O zaman yer üzü sarsılıb titrədi,Dağların təməlləri lərzəyə gəldi,Onlar sarsıldı,Çünki O qəzəbləndi.
8
Burnundan tüstü çıxıb yüksəldi,Ağzından yandırıb-yaxan alov püskürdü,Bundan közlər tutuşdu.
9
O, göyləri yarıb yerədək endi,Qatı zülmət ayaqları altında idi.
10
Bir keruva minib uçdu,Yel qanadları üstə şığıdı.
11
Gizlənmək üçün ətrafını zülmətə bürüdü,Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu.
12
Hüzurundan şəfəq saçdı,Odlu közlər və dolu buludları yardı.
13
Rəbb göylərdə gurladı,Haqq-Taala səs saldı,Odlu közlər və dolu yağdı.
14
Oxlarını atıb düşmənləri darmadağın etdi,Şimşəyini çaxdırıb onları dağıtdı.
15
Ya Rəbb, Sənin məzəmmətindən,Burnundakı nəfəsinin şiddətindənSuların dərinlikləri göründü,Dünyanın bünövrələri açıq qaldı.
16
O, ucalardan əl uzadıb məni tutdu,Məni dərin suların içindən çıxartdı.
17
Məni qüvvətli düşmənimdən azad etdi,Çünki yağılarım məndən güclü idi.
18
Fəlakətli günümdə qarşıma çıxdılar,Lakin Rəbb mənə dayaq oldu.
19
O məni genişliyə çıxardı,Məndən razı qalıb məni qurtardı.
20
Rəbb mənə salehliyim naminə ənam verdi,Mənə əlitəmizliyimin əvəzini verdi.
21
Çünki Rəbbin yolunu tutmuşam,Pis olub Allahımın yolundan azmamışam.
22
Onun bütün hökmləri önümdədir,Qaydalarından imtina etməmişəm.
23
Onunla mən kamala çatmışam,Özümü günahdan qorumuşam.
24
Rəbb mənə salehliyimin əvəzini verdi,Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi.
25
Sədaqətlilərlə sədaqətlisən,Kamillərlə kamilsən.
26
Təmizlərlə təmizsən,Əyrilərlə əyriliyinə görə davranırsan.
27
İtaətkar insanları qurtarırsan,Təkəbbürlü baxışları alçaldırsan.
28
Ya Rəbb, Sən çırağıma işıq verirsən!Allahım Rəbb zülmətimi nura çevirir.
29
Səninlə qoşun üstünə hücum çəkirəm,Allahımla sədlər keçirəm.
30
Allahın yolu kamildir,Rəbbin kəlamı safdır,Rəbb Ona sığınanların sipəridir.
31
Rəbdən başqa Allah kimdir ki?Allahımızdan başqa qaya kimdir ki?
32
Allah məni qüvvəsi ilə bürüyər,Yolumu kamil edər.
33
Ayaqlarımı maral ayaqları kimi çevik edər,Məni zirvələrimdə saxlar.
34
Əllərimə döyüş təlimi verər,Qollarım tunc kamanın yayını dartar.
35
Sən mənə qurtuluş qalxanını verdin,Mənə sağ əlinlə dayaq oldun,Köməyinlə məni yüksəltdin.
36
Geniş yer açdın ki, addımlayım,Ayaqlarım büdrəməsin.
37
Düşmənlərimi qovub onlara çatdım,Onlar məhv olanadək geriyə qayıtmadım.
38
Onları əzdim, qalxa bilmədilər,Ayaqlarımın altına sərildilər.
39
Döyüş üçün məni qüvvə ilə bürüdün,Əleyhdarlarımı ayağımın altına saldın.
40
Düşmənlərimin kürəyini mənə sarı çevirdin,Mənə nifrət edən yağıları məhv etdim.
41
Fəryad etsələr də, onları qurtaran olmadı,Rəbbi çağırsalar da, cavab almadılar.
42
Onları əzib külək sovuran toz etdim,Küçələrin palçığı kimi tapdaladım.
43
Sən məni xalqın çəkişmələrindən qurtardın,Məni millətlərə başçı qoydun,Tanımadığım xalqları mənə tabe etdirdin.
44
Yadellilər mənə boyun əydilər,Səsimi eşidəndə mənə itaət etdilər.
45
Yadellilərin cəsarəti qırıldı,Titrəyərək sığınacaqlarından çıxdılar.
46
Rəbb əbədi yaşayır! Qayama alqış olsun!Məni qurtaran Allahım ucalsın!
47
O, Allahdır, mənə görə qisas alır,Xalqları mənə tabe etdirir.
48
O məni düşmənlərimin arasından xilas edir,Bəli, məni yağılar üstündə ucaldır,Məni zalımların əlindən qurtarır.
49
Buna görə, ya Rəbb,Millətlər arasında Sənə şükür edəcəyəm,İsminə tərənnüm söyləyəcəyəm.
50
Rəbb padşahına böyük zəfərlər verər,Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Chapter 95
Chapter 96
Chapter 97
Chapter 98
Chapter 99
Chapter 100
Chapter 101
Chapter 102
Chapter 103
Chapter 104
Chapter 105
Chapter 106
Chapter 107
Chapter 108
Chapter 109
Chapter 110
Chapter 111
Chapter 112
Chapter 113
Chapter 114
Chapter 115
Chapter 116
Chapter 117
Chapter 118
Chapter 119
Chapter 120
Chapter 121
Chapter 122
Chapter 123
Chapter 124
Chapter 125
Chapter 126
Chapter 127
Chapter 128
Chapter 129
Chapter 130
Chapter 131
Chapter 132
Chapter 133
Chapter 134
Chapter 135
Chapter 136
Chapter 137
Chapter 138
Chapter 139
Chapter 140
Chapter 141
Chapter 142
Chapter 143
Chapter 144
Chapter 145
Chapter 146
Chapter 147
Chapter 148
Chapter 149
Chapter 150
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150