bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 78
Psalms 78
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 77
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Chapter 95
Chapter 96
Chapter 97
Chapter 98
Chapter 99
Chapter 100
Chapter 101
Chapter 102
Chapter 103
Chapter 104
Chapter 105
Chapter 106
Chapter 107
Chapter 108
Chapter 109
Chapter 110
Chapter 111
Chapter 112
Chapter 113
Chapter 114
Chapter 115
Chapter 116
Chapter 117
Chapter 118
Chapter 119
Chapter 120
Chapter 121
Chapter 122
Chapter 123
Chapter 124
Chapter 125
Chapter 126
Chapter 127
Chapter 128
Chapter 129
Chapter 130
Chapter 131
Chapter 132
Chapter 133
Chapter 134
Chapter 135
Chapter 136
Chapter 137
Chapter 138
Chapter 139
Chapter 140
Chapter 141
Chapter 142
Chapter 143
Chapter 144
Chapter 145
Chapter 146
Chapter 147
Chapter 148
Chapter 149
Chapter 150
Chapter 79 →
1
Ey xalqım, təlimimi dinləyin,Dilimdən çıxan sözləri eşidin.
2
Ağzımı bu məsəllə açıbKeçmişdəki müəmmaları bəyan edəcəyəm.
3
Bunları eşitmişik, bilirik,Bizə atalarımız nəql edib.
4
Bunu onların nəvələrindən gizlətməyəcəyik;Rəbbin həmdə layiq işlərini,Onun qüdrətini, etdiyi xariqələriGələcək nəsillərə söyləyəcəyik.
5
Rəbb öyüd vermək üçün Yaqub nəslinə –İsrailə bir təlim qoydu.Ata-babalarımıza əmr etdi ki,Bu təlimi övladlarına öyrətsin.
6
Qoy gələcək nəsil də bilsin,Gələcəkdə doğulacaq övladlar daBalalarına bu təlimi verə bilsin.
7
Qoy ümidlərini Allaha bağlasınlar,Allahın işlərini unutmasınlar,Əmrlərini yerinə yetirsinlər.
8
Qoy ata-babaları kimi olmasınlar,Çünki onlar dikbaş, üsyankar bir nəsil idi.Allaha ürəkləri dönük,Könülləri vəfasız idi.
9
Efrayim övladları ox-kamanla silahlandılar,Amma döyüş günü tez geriyə qayıtdılar.
10
Allahın əhdini pozanlar belə etdilər,Sənin qanunlarınla yaşamaq istəmədilər.
11
Allahın işlərini,Göstərdiyi xariqələrini unutdular.
12
Allah Misir torpağında, Soan bölgəsində,Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi.
13
Dənizi yarıb onları keçirmişdi,Suları divar kimi saxlamışdı.
14
Onlara gündüz buludla,Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi.
15
Çöldə qayaları yarmışdı,İçsinlər deyə ümman kimi bol su çıxarmışdı.
16
Qayadan suları sel kimi çıxarmışdı,Bu suları çaylar kimi axıtmışdı.
17
Amma onlar günah etməyi davam etdirdilər,Səhrada Haqq-Taalaya qarşı üsyankar oldular.
18
İştahaları artdı, yemək tələb etdilər,Ürəklərində Allahı sınağa çəkdilər.
19
Allahın əleyhinə belə danışdılar:«Məgər Allah çöldə süfrə qura bilər?
20
Nə olsun qayaya vuranda sular axdı,Sellər aşıb-daşdı.Görəsən O, çörək verə bilərmi?Xalqına ət verə bilərmi?»
21
Rəbb bunu eşidərkən qəzəbləndi,Yaquba qarşı alovunu yerə tökdü,İsrailə qarşı hiddəti artdı.
22
Çünki onlar Allaha inanmırdılar,Onun qurtuluşuna arxalanmırdılar.
23
Bununla belə, uca səmaya əmr etdi,Göylərin qapılarını açdırdı.
24
Onlara yemək üçün manna yağdırdı,Göylərin taxılını verdi.
25
İnsan mələklərin çörəyindən yedi,Onlara doyunca yemək verildi.
26
Göylərdə şərq küləyini əsdirdi,Qüdrəti ilə cənub küləyini gətirdi.
27
Başlarına toz kimi ət yağdırdı,Onlara dənizdəki qum qədər quşlar göndərdi.
28
Düşərgələrinin ortasına,Qaldıqları yerin ətrafına səpələdi.
29
Onlar doyunca, çox yedi,İştahaları çəkən şeyləri onlara verdi.
30
Lakin iştahaları qurtarmamış,Yemək ağızlarında olarkən
31
Allah onlara qarşı hiddətini artırdı,Ətli-canlılarını qırdı,İsrail igidlərini vurub yerə sərdi.
32
Bununla belə, günahlarını davam etdirdilər,Onun xariqələrinə inanmadılar.
33
Buna görə də günlərini puç etdi,Dəhşətlə ömürlərini sona yetirdi.
34
Ölənləri görüb Allahı axtardılar,Geri dönüb Allahı səylə aradılar.
35
Yadlarına düşdü ki, Allah onların Qayası idi,Allah-Taala onların Satınalanı idi.
36
Lakin ağızları ilə Ona yaltaqlanırdılar,Dilləri ilə Ona yalan danışırdılar.
37
Qəlblərində Ona qarşı dönük olmuşdular,Əhdinə vəfasız çıxmışdılar.
38
Allah isə rəhmlidir, günahı bağışlayır,Günahkarı yox etmir.Dəfələrlə qəzəbini saxlayır,Hiddətini tamamilə oyanmağa qoymayır.
39
Yada saldı ki, onlar yalnız bəşərdir,Onlar əsən, geri dönməyən küləyə bənzəyir.
40
Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular,Neçə dəfə çöllükdə Onu kədərləndirdilər!
41
Allahı dönə-dönə sınadılar,İsrailin Müqəddəsinin xətrinə dəydilər.
42
Xatırlamadılar Onun qüdrətini,Düşməndən azad etdiyi günü,
43
Misirdə göstərdiyi əlamətləri,Soan bölgəsində göstərdiyi möcüzələri.
44
Misirlilər sulardan içə bilməsinlər deyəSuları qana döndərib çaylardan axıtmışdı.
45
Onları göndərdiyi mozalanlara yem etmişdi,Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.
46
Əkinlərini tırtıllara,Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.
47
Üzümlərini dolu ilə,Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi.
48
Naxırlarını dolu ilə,Sürülərini şimşəklə qırmışdı.
49
Onların üzərinə qızğın qəzəbini,Hirsini, hiddətini, dərdləri,Bir qoşun ölüm mələklərini tökmüşdü.
50
Qızğın qəzəbinə yol açmışdı,Əsirgəmədən canlarına ölüm vermişdi,Həyatlarına bəla gətirmişdi.
51
Hər Misirlinin ilk oğlunu,Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.
52
Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı,Çöldən onları sürü kimi aparmışdı.
53
Onları qorxudan uzaq, asayiş içində aparmışdı,Düşmənləri isə dənizdə qərq olmuşdu.
54
Onları Öz müqəddəs torpağına,Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
55
Onların qarşısından başqa millətləri qovdu,Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı,Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.
56
Lakin onlar Allah-Taalanı sınadılar,Ona qarşı üsyankar oldular,Göstərişlərinə əməl etmədilər.
57
Ataları kimi dönüklük və xəyanət etdilər,Xarab kamandan atılan ox kimi əyri getdilər.
58
Onu səcdəgahları ilə qəzəbləndirdilər,Onu yonma bütləri ilə qısqandırdılar.
59
Bunları eşidən Allah çox hiddətləndi,İsraili tamamilə rədd etdi.
60
İnsanlar arasında qaldığı çadırını,Şilodakı məskənini tərk etdi.
61
Qüdrətini əsarətə,Şərəfini düşmən əlinə təslim etdi.
62
Öz xalqını qılıncdan keçirtdi,Öz irsini qəzəbinə düçar etdi.
63
İgidləri alov uddu,Nişanlı qızlara toy çalınmadı.
64
Kahinləri qılınclarla qırıldı,Arvadları dul qaldı, gözlərinin yaşı qurudu.
65
O zaman Xudavənd yuxulu insan kimi oyandı,Sanki şərabın təsirindən ayılan bir pəhləvandır.
66
Düşmənlərini vuraraq geri atdı,Əbədi olaraq onları rüsvay etdi.
67
Yusifin nəslini rədd etdi,Efrayim qəbiləsini seçmədi.
68
Yəhuda qəbiləsini,Sevdiyi Sion dağını seçdi.
69
Öz Müqəddəs məkanını səma kimi,Əbədi qurduğu dünya kimi tikdi.
70
Çoban olan qulu Davudu seçdi,Onu qoyun ağıllarından götürdü.
71
Əmlik quzuların qayğısına qalanı gətirdi,Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi.
72
Davud onları kamil ürəklə otardı,Əlindən gələn məharətlə onları irəli apardı.
← Chapter 77
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84
Chapter 85
Chapter 86
Chapter 87
Chapter 88
Chapter 89
Chapter 90
Chapter 91
Chapter 92
Chapter 93
Chapter 94
Chapter 95
Chapter 96
Chapter 97
Chapter 98
Chapter 99
Chapter 100
Chapter 101
Chapter 102
Chapter 103
Chapter 104
Chapter 105
Chapter 106
Chapter 107
Chapter 108
Chapter 109
Chapter 110
Chapter 111
Chapter 112
Chapter 113
Chapter 114
Chapter 115
Chapter 116
Chapter 117
Chapter 118
Chapter 119
Chapter 120
Chapter 121
Chapter 122
Chapter 123
Chapter 124
Chapter 125
Chapter 126
Chapter 127
Chapter 128
Chapter 129
Chapter 130
Chapter 131
Chapter 132
Chapter 133
Chapter 134
Chapter 135
Chapter 136
Chapter 137
Chapter 138
Chapter 139
Chapter 140
Chapter 141
Chapter 142
Chapter 143
Chapter 144
Chapter 145
Chapter 146
Chapter 147
Chapter 148
Chapter 149
Chapter 150
Chapter 79 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150