bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Job 28
Job 28
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 29 →
1
Gümüşün mədəni,Qızılın təmizlənmə yeri var.
2
Dəmir torpaqdan çıxarılır,Mis daşlardan əridilərək alınır.
3
İnsan qaranlığa son qoyur,Sonacan qatı qaranlıqda, zülmətdə filiz axtarır.
4
İnsan məskənlərindən uzaq bir çuxur açır,İnsan ayağı dəyməyən yerlərdə,İnsanlardan uzaqlarda ilişib yellənə-yellənə qalır.
5
Torpaqdan çörək çıxır,Torpağın altı isə fırlanır, elə bil odlar yanır.
6
Qayalarından göy yaqut çıxır,Orada qızıl tozu da var.
7
Oranın yolunu yırtıcı quşlar bilmir,Şahinin gözü oranı görməyib.
8
Ora məğrur heyvanların ayağı dəyməyib,Yırtıcı aslanlar oradan keçməyib.
9
Mədənçi əlini çaxmaq daşına uzadır,Dağları dibindən oynadır.
10
Qayalardan yeraltı keçidlər açır,Gözləri müxtəlif qiymətli şeylərə baxır.
11
Çayların mənbələrini bağlayır,Gizlini aşkara çıxarır.
12
Amma hikməti haradan tapmaq olar?Müdrikliyin yeri hanı?
13
İnsan onun qiymətini bilməz,Dirilər arasında ona rast gəlməz.
14
Dərinliklər deyər: “Məndə yoxdur”,Dəniz deyər: “Yanımda yoxdur”.
15
Saf qızıl onu əvəz edə bilməz,Qiyməti gümüşlə ölçülməz.
16
Onu Ofir qızılı ilə qiymətləndirmək olmaz,Onu qiymətli damarlı əqiqlə, göy yaqutla dəyərləndirmək olmaz.
17
Nə qızıl, nə də gözəl cam ona tay deyil,Hikmət saf qızıl qablarla əvəz edilmir.
18
Yanında mərcanın, büllurun adı çəkilməz,Hikmətin qiyməti yaqutdan artıqdır.
19
Kuş topazı onun tayı deyil,Onun dəyəri saf qızılla ölçülməz.
20
Bəs hikmət haradan gəlir?Müdrikliyin yeri hanı?
21
O bütün canlıların gözündən uzaqdır,Göydə uçan quşlardan belə, gizli qalır.
22
Həlak yeri ilə ölüm belə deyir:“Qulaqlarımız yalnız sorağını eşidir”.
23
Onun yolunu Allah dərk edir,Yerini yalnız O bilir.
24
Çünki yer üzünün ucqarlarına qədər baxır,Göylərin altındakı hər şeyi görür.
25
Küləyin gücünü təyin edəndə,Suları ölçəndə,
26
Yağışa qanun qoyanda,Şimşəyə yol açanda
27
Hikmətə baxıb qiymət qoydu,Onu bərqərar edib araşdırdı.
28
İnsana dedi: “Rəbb qorxusu hikmətdir,Pislikdən çəkinmək müdriklikdir”».
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 29 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42