bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Job 29
Job 29
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 30 →
1
Əyyub yenə misal çəkərək dedi:
2
«Kaş ki ötən aylar geri dönəydi –Allahın məni qoruduğu,
3
Çırağının başım üstə işıq saçdığı,Nuru ilə qaranlıqda gəzdiyim günlər.
4
Kaş ki həyatımın çiçəkli günləri geri dönəydi –Mənə yar olan Allahın çadırımı qoruduğu,
5
Külli-İxtiyarın hər vaxt mənimlə olduğu,Övladlarımın ətrafımda dolandığı,
6
Yollarımın südlə yuyulduğu,Yanımdakı qayadan zeytun yağı axdığı günlər.
7
Şəhər darvazasına gedərkən,Kürsümü meydanın başına qoyarkən
8
Gənclər məni görüb gizlənərdi,Yaşlılar ayağa qalxıb hörmət göstərərdi.
9
Başçılar söhbətini dayandırardı,Əlləri ilə ağızlarını tutardı.
10
Əsilzadələrin səsi çıxmazdı,Dilləri damaqlarına yapışardı.
11
Qulaq məni eşidəndə alqışlayardı,Göz məni görəndə tərifləyərdi.
12
Çünki imdad diləyən fəqiri,Köməksiz yetimi qurtarardım.
13
Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi,Dul qadının qəlbinə şən nəğmələr verərdim.
14
Libas kimi salehliyi geyinmişdim,Sanki ədalətim mənə cübbə və tac idi.
15
Korlara göz idim,Topallara ayaq idim,
16
Yoxsulların atası idim,Qəriblərin müşküllərinin qayğısına qalırdım,
17
Haqsızın çənəsini qırırdım,Ovunu dişlərindən qoparırdım.
18
Düşünürdüm: “Son nəfəsimi yuvamdaca verəcəyəm,Ömrümün günlərini qum qədər çoxaldacağam.
19
Köküm sulara tərəf rişələnəcək,Budaqlarıma şeh düşəcək.
20
Qazandığım şərəf təzələnəcək,Əlimə yeni ox-kaman gələcək”.
21
İnsanlar ehtiramla məni dinlərdi,Səssizcə məsləhətimi gözlərdi.
22
Heç kim sözümün üstündən söz deməzdi,Sözlərim üzərlərinə tökülərdi.
23
Məni yağış kimi gözləyirdilər,Yaz yağışı tək sözlərimi içirdilər,
24
Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar,Gülər üzümdən ruhlanardılar.
25
Onlara yol göstərərdim, başçı kimi əyləşərdim,Əsgərlərin arasında padşah kimi ömür sürərdim,Yaslılara təsəlli verənə bənzəyərdim.
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 30 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42