bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Job 30
Job 30
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 31 →
1
Amma indi yaşca məndən kiçiklərMənə lağ edirlər.Vaxtı ilə atalarını heç bir işə layiq görməzdim,Sürümün itlərinin yanına belə, qoymazdım.
2
Çünki taqətdən düşmüşdülər,Biləklərinin gücü getmişdi,Heç biri işimə yaramırdı.
3
Onlar yoxsulluqdan, aclıqdan zəifləmişdi,Gecələr çöl-biyabanda bitki kökü gəmirirdi.
4
Kollardan duzlu bitkilər toplayırdılar,Süpürgə kollarının köklərini yeyirdilər.
5
Xalq arasından qovulurdular,Üstlərinə elə çığırırdılar ki,Elə bil ki oğrudurlar.
6
Vadi yataqlarında, yerin dəliklərində,Qaya ovuqlarında yaşayırdılar.
7
Kollar arasında bağırırdılar,Qara tikan kolu altında daldalanırdılar.
8
Axmaqların, adsız-sansız insanların övladlarıdır,Ölkədən qovulmuşdular.
9
İndisə dillərində dastan olmuşam,Ağızlarında məsəl olmuşam.
10
İkrah edərək məndən gen dayanırlar,Hətta üzümə tüpürməkdən çəkinmirlər.
11
Çünki Allah kamanımın ipini boşaltdı,Məni zəlil elədi.Ona görə onlar gözümün qabağındacaCilovlarını çıxarıb atdılar.
12
Bu avara gənclər sağ tərəfimdən çıxır,Ayaqlarımı büdrədir,Mənə qarşı torpaq qalağı düzəldir.
13
Yolumu bərbad etdilər,Onlara dəstək verən olmasa da,Məni yox etməyə çalışırlar.
14
Sanki geniş dəliklərdən keçibViranəlikdən üstümə yuvarlanırlar.
15
Dəhşətlər üstümə doldu,Şərəfimi yel tək sovurdu,Xoşbəxtliyim bulud kimi keçib getdi.
16
İndi canım taqətdən düşdü,Dar günlər məndən bərk yapışdı.
17
Gecələr sümüklərim sızıldayır,Canımı gəmirən ağrılar dayanmır.
18
Allah paltarı zorla əynimdən çıxarır,Məndən cübbəmin yaxası kimi yapışır.
19
Məni lilə batırır,Toza, külə dönmüşəm.
20
Sənə yalvarıram, cavab vermirsən,Ayağa qalxmağıma göz qoyursan.
21
Mənə qarşı rəhmsizsən,Güclü əllərinlə məni əzirsən.
22
Məni qaldırıb yel üstünə mindirirsən,Fırtına içinə salıb məni darmadağın edirsən.
23
Bilirəm, məni ölümə,Bütün ömür sürənlər üçün təyin olunan son mənzilə aparacaqsan.
24
Yıxılana əl qaldırmaq olmaz,Bəlaya düşənin harayına çatan yoxdur.
25
Məgər dara düşənlər üçün ağlamırdımmı?Yoxsulların halına yanmırdımmı?
26
Mən yaxşılıq gözlədim, yamanlıq gəldi,Mən işıq umarkən qaranlıq gəldi.
27
Ürəyim çırpınır, rahatlığı yoxdur,Ağır günlər qarşımı kəsdi.
28
Yoxdur bir işıq ucu, qarala-qarala gəzirəm,Camaat arasında durub fəryad edirəm.
29
Çaqqallara qardaş oldum,Bayquşlara yoldaş oldum.
30
Qaralan dərim soyulur,Qızdırmadan sümüklərim yanır.
31
Liram yas tutub nalə çəkir,Tütəyim zar-zar inləyir.
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 31 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42