bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Jeremiah 14
Jeremiah 14
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 15 →
1
Bu, quraqlıq haqqında Yeremyaya nazil olan Rəbbin sözüdür.
2
«Yəhuda yas tutur,Onun şəhər darvazaları qəmli görünür.Adamlar qara geyinmişlər,Yerusəlimin fəryadı ucalmışdır.
3
Əyanlar nökərlərini su dalınca göndərir,Onlar isə quyu yanına gəlibSu tapmır,Boş qablarla geri dönürlər,Utanıb xəcalət çəkərəkBaşlarını örtürlər.
4
Ölkədə yağış olmadığı üçünTorpaq cadar-cadar oldu.Əkinçilər utanır,Başlarını örtür.
5
Hətta çöldəki maral daBalasını doğub tərk edir,Çünki ot yoxdur.
6
Vəhşi eşşəklər çılpaq təpələrdə durub,Çaqqal kimi tez-tez nəfəs alır.Onların gözləri korlaşır,Çünki otlaq yoxdur».
7
Ya Rəbb, hərçənd təqsirlərimizBizə qarşı şəhadət edir,Sən Öz adından ötrü səy göstər.Çünki dəfələrlə dönüklük etmiş,Sənə qarşı günah etmişik.
8
Ey İsrailin Ümidgahı,Məşəqqət zamanı Xilaskarı!Nə üçün Sən bu torpaqda bir qərib,Gecələmək üçün yoldan ayrılan bir səyyah kimisən?
9
Nə üçün çaşmış adam,Qurtarmağa gücü çatmayanİgid kimi olmusan?Ancaq Sən aramızdasan, ya Rəbb.Biz Sənə məxsusuq,Bizi tərk etmə.
10
Rəbb bu xalq barədə belə deyir: «Onlar gəzib-dolaşmağı o qədər sevir ki, ayaq saxlamırlar. Buna görə də Rəbb onlardan razı deyil. İndi onların təqsirkarlığını yada salacaq, günahları üçün cəza verəcək».
11
Rəbb mənə dedi: «Sən bu xalqın uğur qazanması üçün dua etmə.
12
Oruc tutsalar da, Mən onların fəryadını eşitməyəcəyəm. Yandırma qurbanı və taxıl təqdimi gətirdikləri zaman onlardan razı olmayacağam. Mən onları qılınc, aclıq və vəba ilə qırıb-çatacağam».
13
Mən dedim: «Ah, Xudavənd Rəbb, peyğəmbərlər onlara belə deyir: “Qılınc görməyəcəksiniz, aclıq olmayacaq. Ancaq Mən bu yerdə sizə həqiqi sülh verəcəyəm”».
14
Rəbb mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalançı peyğəmbərlik edir. Onları Mən göndərməmişəm, onlara əmr edib söz deməmişəm. Sizə peyğəmbərlik etdikləri şeylər yalan bir görüntü, falçılıq, boş bir şey, öz ürəklərinin uydurmasıdır.
15
Buna görə də Rəbb o peyğəmbərlər barədə belə deyir: “Onları göndərmədiyim halda Mənim adımla peyğəmbərlik edən, ‹bu torpaqda qılınc və aclıq olmayacaq› deyən bu peyğəmbərlər özləri qılınc və aclıqdan həlak olacaq.
16
Peyğəmbərlik etdikləri xalq da qılınc və aclıq üzündən Yerusəlim küçələrinə atılacaq. Onların özlərini, arvadlarını, oğullarını və qızlarını basdıran olmayacaq, çünki onların pisliklərini öz başlarına gətirəcəyəm”.
17
Onlara bu sözü söylə:“Qoy gözlərim gecə-gündüzDayanmadan yaş töksün.Çünki bakirə qıza bənzəyən əziz xalqımAğır bir yara aldı,Şiddətli bir zərbə yedi.
18
Çölə çıxıram,Qılıncla öldürülənləri görürəm,Şəhərə girirəm,Aclıqdan üzülənləri görürəm.Çünki peyğəmbər də, kahin dəBixəbər olaraq ölkəni dolaşır”».
19
Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən?Məgər Siona nifrət edirsən?Niyə bizi elə vurdun ki,Sağaltmaq mümkün olmasın?Sülh gözlədik, amma xeyir gəlmədi.Şəfa vaxtını gözlədik,Ancaq dəhşət gəlir.
20
Ya Rəbb, pisliyimizi,Atalarımızın təqsirkarlığını bilirik.Çünki Sənə qarşı günah etdik.
21
Öz adın naminə bizdən imtina etmə,Öz izzətli taxtını alçaltma.Bizimlə olan əhdini pozma, yada sal.
22
Millətlərin bütləri arasındaYağış yağdıra biləni varmı?Göylər leysan tökə bilərmi?Bunu edən Sən deyilsənmi, ya Rəbb Allahımız?Ümidimiz Sənədir.Çünki bütün bu şeyləri Sən etdin.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52