bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Jeremiah 4
Jeremiah 4
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 5 →
1
Rəbb bəyan edir: «Ey İsrail, əgər geri qayıtsan,Mənə tərəf qayıtsan,İyrənc bütlərini önümdən götürsən,Bir daha sərgərdan gəzməsən,
2
Həqiqət, ədalət və doğruluqla“Var olan Rəbbə and olsun!” deyə and içsən,O zaman millətlərRəbb vasitəsilə bərəkət alacaq,Onunla öyünəcək».
3
Çünki Yəhuda adamlarına və YerusəliməRəbb belə deyir:«Özünüz üçün təzə əkin yeri şumlayın,Ancaq tikanlar arasında əkməyin.
4
Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar,Özünüzü Rəbb üçün sünnət edin,Ürəyinizin sünnət ətini kəsin.Yoxsa pis əməllərinizə görəQəzəbim od kimi püskürüb yandıracaq,Söndürən olmayacaq.
5
Yəhudada elan edin,Yerusəlimdə car çəkib deyin:“Ölkədə şeypur çalın!”Ucadan qışqırıb söyləyin:“Gəlin toplanıbQalalı şəhərlərə girək!”
6
“Siona qaçın” deyə bayraq qaldırın,Qaçıb qurtulun, dayanmayın.Çünki Mən şimaldanBəla və böyük qırğın gətirəcəyəm».
7
Aslan yuvasından çıxdı,Millətləri məhv edən yola düşdü.Öz yerindən çıxdı ki,Ölkənizi viran etsin.Şəhərləriniz yerlə yeksan olacaq,Orada sakin qalmayacaq.
8
Buna görə də çul geyinin,Yas tutub ağlayın.Çünki Rəbbin qızğın qəzəbiBizdən dönmədi.
9
«O gün padşahın və başçılarınÜrəyi gedəcək» Rəbb belə bəyan edir.«Kahinlər çaşacaq,Peyğəmbərlər karıxacaq».
10
Mən dedim: «Ah, ey Xudavənd Rəbb! Bu xalqı və Yerusəlimi tamamilə aldatdın. “Sizin üçün əmin-amanlıq olacaq” dedin, halbuki qılınc boğazımıza dirəndi».
11
O vaxt bu xalqa və Yerusəlimə deyiləcək: «Səhradakı çılpaq təpələrdən əziz xalqıma tərəf isti bir külək əsir. Bu külək dən sovurmayacaq, taxıl təmizləməyəcək.
12
Mənim əmrimlə bundan da güclü bir külək əsəcək və Mən indi onlara Öz hökmümü bildirəcəyəm».
13
Budur, düşmən buludlar kimi gəlir,Onun döyüş arabaları qasırğa kimi yüksəlir,Atları qartallardan iti gedir.Vay halımıza! Çünki bərbad olduq.
14
Ey Yerusəlim, ürəyini pislikdən yuyub-təmizlə ki, xilas olasan.Bəd fikirlərin nə vaxta qədər içində qalacaq?
15
Artıq Dandan bir səs gəlir,Efrayimin dağlıq bölgəsindən bəd xəbər eşidilir.
16
«Millətlərə elan edin, Yerusəlimə xəbər çatdırın ki,Uzaq bir ölkədən gələn qoşun onu mühasirəyə alacaq,Yəhuda şəhərlərinin önündə nərə çəkəcək.
17
Onlar tarla nəzarətçiləri kimi hər tərəfdən şəhərə doğru gəlir,Çünki o Mənə qarşı üsyan etdi» Rəbb belə bəyan edir.
18
«Bunları sənin başına gətirən öz işlərin, öz əməllərindir.Cəzanın acısı lap ürəyinə çatıb.
19
Ah, sinəmdəki dərdim!Əzabdan qıvrılıram.Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm.Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm.
20
Qırğın üstünə qırğın gəlir,Bütün ölkə xaraba qalıb.Çadırlarım qəflətən,Pərdələrim bir anda dağıdıldı.
21
Nə vaxta qədər bayraq görəcəyəm,Boru səsi eşidəcəyəm?
22
Həqiqətən, xalqım ağılsızdır,Məni tanımır.Onlar cahil övladlardır,Dərrakələri yoxdur,Ağılları pislik etməyə çatır,Yaxşılıq etməyin nə olduğunu bilmirlər.
23
Yer üzünə baxdım,Quruluşsuz və boşdur.Göylərə baxdım,İşıqları yoxdur.
24
Dağlara baxdım, titrəyirdilər,Bütün təpələr yerlərindən qopurdu.
25
Baxıb gördüm ki, bir adam qalmayıb,Göydəki quşların hamısı uçub getmişdir.
26
Baxıb gördüm ki, bəhərli torpaqSəhraya çevrilib,Rəbbin önündə bütün şəhərləriOnun qızğın qəzəbi ilə dağılıb».
27
Bəli, Rəbb belə deyir:«Bütün ölkə viran olacaq,Ancaq tam məhv olmasına yol verməyəcəyəm.
28
Buna görə yer yas tutacaq,Yuxarıda göylər qaralacaq,Çünki bunu Mən demişəm,Fikrimdən daşınmayacağam,Sözümdən dönməyəcəyəm.
29
Bütün şəhərlərin əhalisiSüvarilərin və oxatanlarınGurultusundan qaçacaq.Onlar sıx meşələrə girir,Qayalara dırmaşır.Bütün şəhərlər tərk edilmiş,Orada kimsə yaşamır.
30
Bəs sən ey viran şəhər, nə edəcəksən?Qırmızı paltar geyinsən də,Qızıl bəzəklər taxsan da,Gözlərinə sürmə sürtsən də,Əbəs yerə özünü bəzəyirsən.Sənə oynaşların xor baxır,Canını almaq istəyir.
31
Mən bir səs eşidirəm:Sanki doğuş ağrısı çəkən,Birinci dəfə doğan qadının –Əllərini uzatmış,Nəfəsi kəsilmiş Sion qızının səsidir.O deyir: “Vay halıma!Qatillərin önündəCanım taqətdən düşdü”.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52