bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Jeremiah 3
Jeremiah 3
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 4 →
1
Əgər bir adam öz arvadını boşasa,Arvad da onu tərk edib başqasına ərə getsə,O adam bir də arvadının yanına qayıdarmı?Belə etsə, ölkə də tamamilə murdar olmazmı?Sənsə çoxlu oynaşla zina etdin, yenə də Mənə tərəf dönürsən?»Rəbb belə bəyan edir.
2
«Başını çılpaq təpələrə tərəf qaldırıb bax.Sevişmədiyin yer varmı?Səhrada yaşayan bədəvi kimiYol kənarında oturdun və oynaşlarını gözlədin.Zinakarlığın və pisliklərinlə ölkəni murdar etdin.
3
Buna görə də yağışların ardı kəsildi və yaz yağışı yağmadı.Tərs sifətli fahişəyə oxşadın, utanmaq istəmədin.
4
İndi Məni “Atam, cavanlığımdan bəri mənim dostumsan.
5
Sən həmişə qəzəbli olacaqsan,Əbədi kin saxlayacaqsanmı?” deyə çağırırsan.Belə danışırsan, amma gücün çatdığı qədər pislik edirsən».
6
Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi.
7
İsrail bütün bunları edəndən sonra “o Mənə tərəf qayıdacaq” dedim, ancaq o qayıtmadı. Xəyanətkar bacısı Yəhuda da bunu gördü.
8
Dəfələrlə zina etdiyi üçün dönük İsrailə talaq kağızı verib onu boşadım. Ancaq gördüm ki, onun xəyanətkar bacısı Yəhuda yenə qorxmadı, o da gedib fahişəlik etdi.
9
Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi.
10
Bütün bunlara baxmayaraq onun xəyanətkar bacısı Yəhuda Mənə bütün qəlbi ilə deyil, hiylə ilə üz tutdu» Rəbb belə bəyan edir.
11
Rəbb mənə dedi: «Dönük İsrail xain Yəhuda ilə müqayisədə daha saleh oldu.
12
Get, bu sözləri şimal səmtinə elan edib söylə: “Ey dönük İsrail, geri qayıt” Rəbb belə bəyan edir. “Sənə qəzəblə baxmayacağam, çünki Mən mərhəmətliyəm” Rəbb belə bəyan edir. “Əbədi kin saxlamaram.
13
Ancaq sən öz təqsirini boynuna al ki, Allahın Rəbbə qarşı üsyan etdin, hər kölgəli ağacın altında yad allahlara könül verdin və Mənim sözümə qulaq asmadınız” Rəbb belə bəyan edir.
14
“Ey dönük övladlar, geri qayıdın” Rəbb belə bəyan edir. “Çünki ağanız Mənəm. Sizi bir-bir şəhərdən, iki-iki tayfadan çıxarıb Siona gətirəcəyəm.
15
Ürəyimə yatan çobanları sizə verəcəyəm, sizə ağıl və müdrikliklə rəhbərlik edəcəklər.
16
Sizin törəyib çoxaldığınız günlərdə daha Rəbbin Əhd sandığından danışmayacaqlar” Rəbb belə bəyan edir. “O sandıq bir daha kimsənin ağlına gəlməyəcək, yada salınmayacaq, onun üçün heyfsilənməyəcəklər, yenisi də düzəldilməyəcək.
17
O zaman Yerusəlimə ‹Rəbbin taxtı› deyəcəklər. Bütün millətlər Rəbbin adı naminə Yerusəlimdə toplaşacaq. Daha pis ürəklərinin inadkarlığına görə hərəkət etməyəcəklər.
18
O günlərdə Yəhuda nəsli İsrail nəsli ilə birləşib şimal ölkəsindən atalarınıza irs olaraq verdiyim torpağa birgə gələcək”.
19
Mən dedim:“Necə də istərdim, səni oğullarımın arasına qoyum,Sənə füsunkar torpağı – millətlər arasında ən gözəl irsi verim!Güman etdim ki, Məni ‹Ata› deyə çağıracaqsınız,Məndən üz döndərməyəcəksiniz.
20
Bir arvad öz ərinə xəyanət edirsə,Siz də Mənimlə eləcə xəyanətlə rəftar etdiniz, ey İsrail nəsli!”Rəbb belə bəyan edir.
21
“Çılpaq təpələr üzərində bir səs –İsrail övladlarınınAğlaşma və yalvarışları eşidilir,Çünki onlar yollarını azdı,Özlərinin Allahı Rəbbi unutdu.
22
Geri qayıdın, ey dönük övladlar,Dönüklüyünüzə şəfa verim”.Onlar da deyəcək:“Budur, biz Sənə tərəf gəlirik,Çünki Allahımız Rəbb Sənsən.
23
Doğrudan da, təpələrdən, dağlardan gələnHay-küy yalandır.Əslində İsrailin xilasıAllahımız Rəbdədir.
24
Cavanlığımızdan bəriRüsvayçı bütlərAtalarımızın zəhmətini,Sürülərini və mal-qaralarını,Oğullarını və qızlarını tələf etdi.
25
Biz xəcalətimiz içində yatırıq,Rüsvayçılıq bizim yorğanımızdır,Çünki cavanlığımızdan indiyədəkBiz və atalarımızAllahımız Rəbbə qarşı günah etdik,Allahımız Rəbbin sözünə qulaq asmadıq”».
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52