bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Jeremiah 22
Jeremiah 22
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 23 →
1
Rəbb belə dedi: «Yəhuda padşahının sarayına get, orada bu sözü bildirib söylə ki,
2
ey Davudun taxtı üzərində oturan Yəhuda padşahı, ey bu darvazalardan girən əyanlarla xalq, Rəbbin sözünü eşidin.
3
Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin.
4
Əgər siz bu əmrə, həqiqətən, əməl etsəniz, o zaman Davudun taxtında oturan padşahlar döyüş arabalarına və atlara minib əyanları və xalqları ilə birgə bu sarayın darvazalarından girəcək.
5
Lakin bu sözləri eşitməsəniz, Öz varlığıma and içirəm ki, bu ev viran qalacaq” Rəbb belə bəyan edir.
6
Bəli, Yəhuda padşahının sarayı barədə Rəbb belə deyir:“Sən Mənim üçün Gilead,Livanın zirvəsi kimisən.Ancaq Mən hökmən səni bir çölə,Kimsənin yaşamadığı şəhərlərə çevirəcəyəm.
7
Sənə qarşı həlak edənlər təyin edəcəyəm,Hamısının əlində silah olacaq.Sənin ən yaxşı sidr ağaclarını kəsəcəklər,Onları oda atacaqlar.
8
Bir çox millətlər bu şəhərin yanından keçib bir-birlərindən soruşacaq: ‹Bu böyük şəhəri Rəbb niyə belə xaraba qoydu?›
9
Onda deyəcəklər: ‹Çünki özlərinin Allahı Rəbbin əhdini tərk etdilər, başqa allahlara səcdə və qulluq etdilər›”».
10
Ölən padşah üçün ağlamayın,Yas tutmayın.Ancaq sürgünə gedən üçün acı-acı ağlayın,Çünki daha qayıtmayacaq,Doğma vətənini görməyəcək.
11
Bəli, atası Yoşiyanın yerinə Yəhuda padşahı olan və buradan çıxıb gedən Yoşiya oğlu Şallum barədə Rəbb deyir: «O daha bura qayıtmayacaq,
12
sürgün olunduğu yerdə öləcək və artıq bu ölkəni görməyəcək.
13
Vay o adamın halına ki,Sarayını haqsızlıqla,Yuxarı otaqlarını ədalətsizliklə tikir,Öz soydaşını müftə işlədir,Ona muzdunu vermir.
14
Vay o adamın halına ki,“Özümə geniş yuxarı otaqları olanBöyük bir saray tikdirəcəyəm” deyibOraya pəncərələr açır,Ətrafını sidr ağacı ilə örtür.Qırmızı rənglə boyayır.
15
Çoxlu sidr ağacın olduğu üçünmüÖzünü padşah sanırsan?Atan da doyunca yeyib-içirdi,Ədalət və salehliklə rəftar edirdi.Ona görə də işləri uğurlu oldu.
16
Məhkəmədə məzlum, yoxsul adamın işinə baxırdı,Ona görə də işləri uğurlu oldu».Rəbb bəyan edir: «Məni tanımaqElə bu deyilmi?
17
Ancaq sənin gözlərin və ürəyinÖz haram qazancında,Tökmək istədiyin günahsız qanda,Etmək istədiyin qəddarlıqda,Zorakılıqda qalıb».
18
Buna görə də Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqim barədə Rəbb belə deyir:«Onun üçün “vay qardaşım, vay bacım” söyləyib yas tutmayacaqlar,“Vay ağam, heyf onun izzəti” söyləyib yas tutmayacaqlar.
19
Onu sürüyüb Yerusəlim darvazalarından kənara atacaqlar,Eşşək basdırılan kimi basdırılacaq».
20
«Livana qalxıb fəryad et,Başanda səsini ucalt,Avarimdən nalə çək,Çünki bütün müttəfiqlərin əzildi.
21
Hər şeyin əmin-amanlıqda olandaSənə nəsihət etdim,Ancaq “qulaq asmayacağam” dedin.Uşaqlığından xasiyyətin belədir,Sözümə qulaq asan deyilsən.
22
Külək bütün başçılarını alıb-aparacaq,Müttəfiqlərin sürgünə gedəcək.O zaman etdiyin bütün pisliklərdən ötrüUtanıb rüsvay olacaqsan.
23
Ey sən “Livanda”yaşayan,Yuvasını sidr ağacından quran!Sənə hamilə qadın kimiAğrılar, sancılar gələndəNecə ah-zar edəcəksən!»
24
Rəbb bəyan edir: «Varlığıma and olsun ki, ey Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakin, sağ əlimdəki möhür üzüyü olsan da, səni çıxarıb atardım.
25
Canını almaq istəyənlərə, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və Xaldeylilərə səni təslim edəcəyəm.
26
Özünü, səni doğan ananı doğulmadığınız yad bir ölkəyə atacağam və orada öləcəksiniz.
27
Qayıtmağa can atdığınız ölkəyə bir daha qayıtmayacaqsınız».
28
Bu adam – Yehoyakin xor baxılan qırıq bir kasa, heç kəsin bəyənmədiyi bir qabdırmı? Bəs nə üçün özü də, övladları da aparılıb tanımadıqları bir ölkəyə atıldı?
29
Ölkə, ey ölkə, Rəbbin sözünü eşit, ey ölkə!
30
Rəbb deyir: «Bu adamı övladsız, ömründə işləri uğurlu olmayan bir kişi hesab edin. Çünki nəslindən heç kim uğur qazanmayacaq. Nəslindən heç kim Davudun taxtında oturmayacaq, Yəhudada bir daha padşahlıq etməyəcək».
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52