bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 1
Isaiah 1
Azerbajani (Azərbaycan Bibliyası 2008)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 2 →
1
Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü.
2
Ey göylər, eşidin,Ey yer üzü, dinləyin!Çünki Rəbb belə söylədi:«Övladlar yetişdirib böyütdüm,Amma onlar Mənə qarşı üsyankar oldular.
3
Öküz yiyəsini,Eşşək də sahibinin təknəsini tanıyır,Lakin İsrail xalqı Məni tanımır,Xalqım anlamır».
4
Günah edən millətin,Şər işlər görən xalqın,Yolunu azmış nəslin,Pozulmuş övladların vay halına!Onlar Rəbbi tərk etdilər,İsrailin Müqəddəsinə xor baxdılar,Ondan üz döndərdilər.
5
Siz nə üçün yenə döyüləsiniz,Niyə üsyan etməkdə davam edirsiniz?Xoralar başınızı tamamilə bürüyüb,Ürəyiniz azara düşüb.
6
Təpədən dırnağacan bədəniniz xəstədir,Bir sağlam yeriniz yoxdur:Yaralarınız, zədələriniz,Yenə də vurulmuş yaralarınızTəmizlənməmiş, sarılmamış,Məlhəmlə yumşaldılmamışdır.
7
Ölkəniz viran qaldı,Şəhərləriniz alışıb-yandı,Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı.Torpağınız kimsəsiz qalıb,Sanki yad adamlar oranı talayıb.
8
Sion qızı bağdakı çardaq, bostandakı koma,Mühasirəyə alınmış şəhər kimi tək qalıb.
9
Əgər Ordular RəbbiBizim üçün bir neçə adamı sağ qoymasaydı,Biz Sodom kimi olardıq,Homorraya bənzəyərdik.
10
Ey Sodom başçıları,Rəbbin sözünü eşidin!Siz, ey Homorra xalqı,Allahımızın təlimini dinləyin!
11
Rəbb deyir:«Qurbanlarınız çoxalıb, Mənə nə?Yandırma qoç qurbanlarından,Bəslənmiş heyvanların piyindən doymuşam.Buğa, quzu, təkə qanını istəmirəm.
12
Hüzuruma gələrkənƏlinizdə bunları gətirməyinizi kim istədi?Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız.
13
Mənə artıq batil təqdimlər gətirməyin,Buxur Məndə ikrah yaradır.Pisliklə doluTəzə Ay mərasimlərinizə,Şənbə günlərinizə,Müqəddəs toplantılarınızaDözə bilmirəm!
14
Təzə Ay mərasimlərinizə,Bayram günlərinizəÜrəkdən nifrət edirəm.Bunlar Mənə yük oldu,Onları daşımaqdan yoruldum.
15
Siz əl açıb Mənə yalvarandaGöz yumacağam.Nə qədər çox dua etsəniz də,Yenə qulaq asmayacağam.Əlləriniz qanla doludur,
16
Yuyunub təmizlənin,Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın,Pislik etməkdən vaz keçin.
17
Yaxşılıq etməyi öyrənin,Ədaləti axtarın,Məzlumları qurtarın,Yetimin haqqını qoruyun,Dul qadını müdafiə edin».
18
Rəbb deyir:«Gəlin indi birgə düşünək bu an,Günahlarınız qıpqırmızı parça kimi görünsə də,Onlar qar kimi ağ olacaq,Tünd qırmızı rəngə çalsa da,Onlar ağ yun kimi bəyaz olacaq.
19
İtaətkar olub sözə baxsanız,Torpağın ən gözəl bəhrələrindən yeyərsiniz.
20
Əgər üsyankar olub Məni rədd etsəniz,Qılınc sizi yeyəcək».Bu sözlər Rəbbin ağzından çıxıb.
21
Rəbbə sadiq şəhərNecə də fahişəyə bənzər oldu!Axı o, ədalətlə dolu idi,Orada salehlik məskunlaşmışdı,İndi isə qatillərlə doludur!
22
Gümüşünüz tullantıya çevrildi,Şərabınıza su qatıldı.
23
Başçılarınız üsyankar olub oğrularla əlbirdir.Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür.Yetimin haqqını qorumur,Dul qadını müdafiə etmək haqqında düşünmür.
24
Buna görə də Sahibimiz, Ordular Rəbbi,İsrailin Qadir AllahıBelə bəyan edir:«Yağılarımı cəzalandırıb rahatlanacağam,Düşmənlərimdən qisas alacağam.
25
Ey İsrail xalqı, sənə əlimi uzadacağam,Paxırını gilabı ilə təmizləyəcəyəm,Bütün çirkini yuyacağam.
26
Hakimlərini, məsləhətçiləriniƏvvəlki kimi geri qaytaracağam.Sənə yenidən:“Salehlik şəhəri, sadiq şəhər” deyiləcək».
27
Sion ədalətlə,Tövbə edən sakinləri salehliklə qurtulacaq.
28
Lakin üsyankarlarla günahkarlarBirgə həlak olacaq,Rəbbi tərk edənlər yox olacaq.
29
Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz,Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız.
30
Yarpaqları solmuş palıd ağacına,Susuz bağa dönəcəksiniz.
31
Güclü adam kətan qırıntısına oxşayacaq,Gördüyü iş qığılcım kimi olacaq,İkisi birlikdə yanacaq,Onları söndürən olmayacaq.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66