bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 54
Isaiah 54
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 53
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 55 →
1
«Şənlən, ey sonsuz, qısır qadın!Sevinclə mahnı oxu,Ey doğuş ağrısı çəkməyən qadın!Çünki atılmış qadının övladlarıƏrli qadının övladlarından çox olacaq»,Bunu Rəbb deyir.
2
«Çadırının yerini genişləndir,Məskənlərinin örtüklərini uzat,Çəkinmə, ipləri uzat, payaları vur.
3
Çünki sağa və sola səpələnəcəksən,Nəslin millətlərə yiyələnəcək,Viran qalmış şəhərlərdə məskunlaşacaq.
4
Qorxma, çünki utanmayacaqsan,Ruhdan düşmə, çünki rüsvay olmayacaqsan.Cavanlığın xəcalətini unudacaqsan,Bir daha dulluğun rüsvayçılığınıYadına salmazsan».
5
Çünki sənin ərin səni Yaradandır,Onun adı Ordular Rəbbidir.Səni Satınalan İsrailin Müqəddəsidir,O bütün dünyanın Allahı adlanır.
6
Allahın deyir:«Rəbb səni çağırırAtılmış və ruhu əzilmiş,Gənc yaşında ərə getmiş,Sonra isə rədd olunmuş bir qadın kimi.
7
Bir anlığa səni tərk etdim,Amma böyük rəhmlə geri qəbul edəcəyəm.
8
Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim,Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm».Bunu səni Satınalan, Rəbb deyir.
9
«Bu Mənim üçün sanki Nuhun dövründə baş verən daşqındır,Nuhun dövründəki daşqının sularıBir daha yer üzünü örtməyəcəyi barədə necə and içmişdimsə,İndi də and içirəm ki,Sənə qəzəblənməyəcəyəm, səni məzəmmət etməyəcəyəm.
10
Dağlar yerini dəyişsə də,Təpələr sarsılsa da,Sənə olan məhəbbətim dəyişməz,Sülh əhdim sarsılmaz».Bunu sənə rəhm edən Rəbb deyir.
11
«Ey tufana düşmüş,Təsəlli tapmamış yazıq şəhər!Sənin daşlarını əqiqlərlə,Təməlini göy yaqutlarla qoyacağam.
12
Qüllələrini yaqutdan,Darvazalarını ləl-cəvahirdən,Divarlarını qiymətli daşlardan hörəcəyəm.
13
Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm,Onlar tam sülh içində olacaq.
14
Salehliyində möhkəmlənəcəksən,Zülmdən uzaq olacaqsan, qorxmayacaqsan.Qorxu hissi səndən uzaq olacaq, sənə yaxınlaşmayacaq.
15
Sənə hücum edən olsa, bil ki, bu Məndən deyil,Sənə hücum edən hər kəsQarşında yerə yıxılacaq.
16
Budur, odda kömürü körükləyən,Öz məqsədi üçün silah hazırlayanDəmirçini Mən yaratdım.Məhv etmək üçün qırıcını da Mən yaratdım.
17
Sənə qarşı işlənənHeç bir silah işə yaramayacaq.Məhkəmədə səni təqsirləndirənHər kəsi təqsirkar çıxaracaqsan.Rəbbə qulluq edənlərin irsi belədir.Onların salehliyi Məndən gəlir».Bunu Rəbb bəyan edir.
← Chapter 53
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 55 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66