bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 57
Isaiah 57
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 56
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 58 →
1
«Saleh adam ölür və bunu vecinə alan yoxdur.Mömin adamlar da köçüb gedir,Amma heç kim anlamır ki,Bəla gəlməmiş saleh adam canını qurtarır.
2
Saleh adam sülhə qovuşur,Doğru yolla gedən son yatağında rahat yatır.
3
Amma siz, ey cadugər qadının övladları,Fahişə və zinakarlar nəsli, bura, yaxın gəlin!
4
Siz kimi məsxərəyə qoyursunuz?Kimə ağız əyirsiniz?Kimə dil göstərirsiniz?Məgər siz itaətsiz övladlar,Yalançı nəsil deyilsiniz?
5
Palıd ağacları arasında,Hər kölgəli ağacın altındaŞəhvətlə alışıb-yanan,Vadilərdə, qaya oyuqlarında,Övladlarınızı qurban gətirənSiz deyilmisiniz?
6
Sizin payınızVadinin hamar daşlarından düzələn bütlərdir.Onlardır, bəli, onlardır sizə nəsib olan.Onların qarşısında içmə təqdimi tökdünüz,Taxıl təqdimi gətirdiniz.Bunlara görə Mən təsəlli taparammı?
7
Yatağınızı yüksək, uca dağda salmısınız,Qurbanlarınızı kəsmək üçün də oraya çıxırsınız.
8
Qapılarınıza, qapıların yan taxtalarının arxasınaİyrənc işarələr düzmüsünüz.Məni tərk edib yatağınızı geniş açdınız,Orada uzandınız, oynaşlarınızla sövdələşdiniz,Birlikdə yatmağa can atdınız,Onların çılpaqlığına tamaşa etdiniz!
9
Ətirləri bol-bol vurandan sonraMolek allahına sarı getdiniz.Elçilərinizi uzaqlara göndərdiniz,Özünüzü ölülər diyarına qədər endirdiniz.
10
Uzun yollar sizi taqətdən saldı.Lakin siz “daha bəsdir” demədiniz.Gücünüzü təzələyib qalxdınız,Buna görə yorulmadınız.
11
Kim sizi qorxudub dəhşətə saldı ki,Məni aldatdınız?Məni yada salmadınız,Ürəyinizdə Mənə yer vermədiniz?Mən xeyli vaxt susduğuma görə,Siz Məndən qorxmursunuz?
12
Mən sizin salehliyinizi,Etdiyiniz əməlləri aşkara çıxaracağam,Bunların sizə xeyri olmayacaq.
13
Siz fəryad edəndəBu yığdığınız bütlərGörək sizi nə cür qurtaracaq!Onların hamısını külək sovurub atacaq,Bir nəfəs onları yerindən tərpədib aparacaq.Lakin Mənə sığınan torpağı irs olaraq alacaq,Müqəddəs dağımı mülk edəcək».
14
Rəbb deyir:«Tikin, tikin, yol hazırlayın!Xalqımın yolundakı əngəlləri götürün!»
15
Uca və əzəmətli,Əbədi yaşayan, adı müqəddəs OlanBelə deyir:«Mən yüksək və müqəddəs yerdə yaşadığım haldaRuhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki,Özünü aşağı tutanların ruhunu dirildim,Əzilmişlərin ürəyini dirçəldim.
16
Həmişə çəkişib qəzəblənməyəcəyəm,Yoxsa yaratdığım canlı insan qarşımda dura bilməz.
17
Tamahkarlıq günahına görəQəzəblənib xalqı cəzalandırdım,Hiddətlənib üzümü ondan döndərdim.O da inad edib öz yolu ilə getdi.
18
Əməllərini gördüm,Amma bu xalqa şəfa verəcəyəm.Ona rəhbərlik edəcəyəm,Ona və onun yas tutanlarına təsəlli verəcəyəm.
19
Ağızları ilə həmdlər söyləyəcəyəm.Uzaqdakılara və yaxındakılara qoy sülh, sülh olsun».Rəbb belə deyir: «Mən onlara şəfa verəcəyəm».
20
Pislər isə sanki dalğalanan dənizdir,Bu dəniz sakit dura bilməz,Onun suları palçıq və kir çıxarar.
21
«Pislərə isə sülh yoxdur» deyir mənim Allahım.
← Chapter 56
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 58 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66