bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 26
Isaiah 26
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 27 →
1
O gün Yəhuda diyarında belə ilahi oxunacaq:«Qüvvətli şəhərimiz var,Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir.
2
Açın şəhərin darvazalarını,Qoy sadiq qalan saleh millət içəri girsin.
3
Ağlı Sənə yönəlmiş adamlaraSən kamil sülh verirsən,Çünki onlar Sənə güvənir.
4
Rəbbə həmişə güvənin,Çünki Rəbb Allah əbədi Qayadır.
5
O, yuxarıdan gedənləri alçaldar,Onların yaşadığı şəhəri dağıdar,Yerlə yeksan edər.
6
O şəhər məzlumların ayaqları,Yoxsulların addımları altında tapdalanacaq.
7
Saleh adamın yolu düzdür.Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən.
8
Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq,Sənin adın, ismin ürəyimizin istəyidir.
9
Qəlbim gecələr Sənin üçün həsrət çəkər,Bəli, ruhum daxilimdə Səni arayar.Hökmlərin yer üzündə həyata keçdikcəDünyanın sakinləri doğruluğu öyrənir.
10
Pis adama rəhm etsələr də,O, doğruluğu öyrənməz,Doğruluq hökm sürən ölkədə də haqsızlıq edər,Rəbbin əzəmətini görməz.
11
Ya Rəbb, əlini qaldırdın,Amma pis adamlar bunu görmür.Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar.Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.
12
Ya Rəbb, bizə sülh verən Sənsən,Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.
13
Ey Allahımız Rəbb,Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü,Lakin biz yalnız Sənin adını tanıyırıq.
14
O ağalar öldü, artıq yaşamır,Onlar kölgə kimidir, dirilməyəcək,Çünki Sən onları cəzalandırıb məhv etdin,Onlar haqqında hər bir xatirəni yox etdin.
15
Lakin Sən bu milləti çoxaltdın, ya Rəbb!Bəli, milləti çoxaltdın,Özünü izzətləndirdin.Hər tərəfə ölkənin sərhədlərini genişləndirdin».
16
Ya Rəbb, onlar bəlaya düşəndə Səni axtardı.Sənin cəzan üzərlərində olandaSənə dua edib yalvardı.
17
Hamilə qadın doğuş vaxtı gələndəAğrı çəkib qovrularaq necə qışqırırsa,Biz də Sənin qarşında elə idik, ya Rəbb!
18
Biz də sanki hamilə idik, ağrı çəkirdik,Lakin küləkdən başqa bir şey doğmadıq.Nə dünyaya qurtuluş gətirə bildik,Nə də dünya sakinlərini həyata qovuşdurduq.
19
Sənin ölənlərin həyata qovuşacaq, meyitimlə birgə diriləcəklər.Ey torpaq altında yatanlar, oyanın,Sevinc nəğməsini oxuyun,Çünki şeh torpağı necə təravətləndirirsə,Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək.
20
Ey xalqım, keç içəri otaqlara,Qapıları ört,Rəbbin qeyzi keçənəcənQısa bir müddətə gizlən!
21
Çünki budur, Rəbb yer üzünün sakinləriniQəbahətləri üzündən cəzalandırmaq üçünÖz məskənindən gəlir.Torpaq udduğu qanı üzə çıxaracaq,Öldürülənləri artıq gizlətməyəcək.
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 27 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66