bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 40
Isaiah 40
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 41 →
1
Allahınız deyir:«Təsəlli verin xalqıma, təsəlli verin!
2
Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin!Əsirlik dövrünün qurtarmasını,Təqsirlərinin əvəzinin verilməsini,Bütün günahlarına görə Rəbbin əlindənİkiqat cəza aldıqlarını onlara bəyan edin».
3
Nida edənin səsi gəlir:«Səhrada Rəbbin yolunu hazırlayın,Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin.
4
Hər dərə yüksəldiləcək,Hər dağ və təpə aşağı endiriləcək,Yoldakı əyriliklər düzələcək,Kələ-kötür yerlər hamar ediləcək.
5
Rəbbin əzəməti aşkar olunacaq,Bütün bəşər bunu birlikdə görəcək».Bu sözlər Rəbbin ağzından çıxıb.
6
Səs deyir: «Bəyan et!»«Nəyi bəyan edim?» deyə soruşdum.«Bütün bəşər ota bənzər,Onun bütün gözəlliyi çöl çiçəyi kimidir.
7
Rəbb nəfəsini üzərinə üfürəndəOt quruyar, çiçək solar,Həqiqətən, bu xalq ota oxşar.
8
Ot quruyar, çiçək solar,Amma Allahımızın sözü əbədi qalar».
9
Ey Siona müjdə gətirən, yüksək dağa çıx!Ey Yerusəlimə xoş xəbər gətirən,Ucalt səsini, car çək,Qaldır səsini, qorxma.Yəhuda şəhərlərinə de:«Budur Allahınız!»
10
Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir,O, qüdrətlə hökm edəcək,Mükafatı Onunladır,Ənamı önündədir.
11
O Öz sürüsünü çoban kimi otaracaq,Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək,Sağmal heyvanların qayğısını çəkib otaracaq.
12
Kim dənizləri ovcu ilə,Göyləri qarışı ilə ölçüb?Yerin torpağını ölçü ilə,Dağları qapanla,Təpələri tərəzi ilə kim çəkib?
13
Rəbbin Ruhuna kim yol göstərdi?Ona kim məsləhətçi olub öyrətdi?
14
Ağıl öyrənmək üçün O kimdən məsləhət alıb?Ədalət yolunu kimdir ona göstərən?Kimdir Rəbbə bilik verən?Kimdir Ona dərrakə yolunu anladan?
15
Rəbb üçün millətlər vedrədə bir damla su kimidir,Tərəzidə toz zərrəsi kimi sayılar,Budur, adaları da toz kimi göyə sovurar.
16
Qurbanları yandırmaq üçünLivan meşəsi kifayət deyil,Yandırma qurbanlar üçün oradakı heyvanlar bəs deyil.
17
Rəbbin önündə bütün millətlər heçdir,Bu Onun önündə heçdən də az, boş sayılar.
18
Bəs onda Allahı kimə bənzədərsiniz?Onu nəyə oxşadarsınız?
19
Bütəmi? Onu usta tökür,Zərgər qızılla örtür,Gümüş zəncirlərlə bəzəyir.
20
Belə təqdimi gətirə bilməyən yoxsul adamÇürüməyən bir ağac seçər,Məharətli usta tapar ki,Yerindən tərpənməyən büt düzəltsin.
21
Məgər siz bilmirsiniz?Məgər eşitməmisiniz?Başlanğıcdan bəri bunu sizə bildirmədilərmi?Dünyanın təməli qoyulduqdan bəri bunu dərk etmədinizmi?
22
Rəbb göy qübbəsinin üstündə oturur,Yer üzündə yaşayanlar çəyirtkə kimidir.Göyləri tül pərdə kimi açır,Onları yaşamaq üçün çadır kimi qurur.
23
Rəbb padşahları heç edər,Dünya hökmdarlarını heçə endirər.
24
Onlar yenicə basdırılan, yenicə əkilən,Gövdələri yenicə kök salan ağaclara bənzəyər.Üzərlərindən Rəbbin küləyi əsəndə quruyarlar,Qasırğa onları saman çöpü kimi sovurar.
25
«Bəs Məni onda kimə bənzədərsiniz ki,Mən ona oxşayım?»Deyir Müqəddəs Olan.
26
Başınızı göylərə qaldırıb baxın:Bunları kim yaratdı?Rəbb göy cisimlərini sıraya düzüb çıxarar,Onların hamısını adları ilə çağırar.Bol qüvvəsinə, böyük qüdrətinə görəOnlardan heç biri əskik olmaz.
27
Ey Yaqub nəsli, ey İsrail!Nə üçün «Rəbb başıma gələnləri bilmir,Allahım mənim haqqıma diqqətsizlik edir?»Deyib gileylənirsən?
28
Məgər sən bilmirsən?Məgər eşitməmisən?Rəbb əbədi Allahdır,Odur bütün dünyanı yaradan.Nə yorulur, nə taqətdən düşür,Onun ağlı dərkedilməzdir.
29
O, yorğunlara güc verər,Taqətsizlərin qüvvətini artırar.
30
Hətta cavanlar yorular, taqətdən düşər,İgidlər əldən düşüb titrəyər.
31
Rəbbə ümid bağlayanlarsaYeni qüvvət alar,Qanad açıb qartal kimi yüksəklərə uçar,Qaçanda taqətdən düşməzlər,Yol gedib yorulmazlar.
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 41 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66