bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 37
Isaiah 37
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 36
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 38 →
1
Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi.
2
O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi.
3
Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulma vaxtı çatıb, ancaq doğmağa güc yoxdur.
4
Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”».
5
Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə
6
Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma.
7
Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».
8
Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi.
9
Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O bunu eşidəndə Xizqiyanın yanına qasidlər göndərib dedi:
10
«Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın.
11
Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi?
12
Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardılarmı?
13
Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»
14
Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi.
15
Xizqiya Rəbbə dua edib dedi:
16
«Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan.
17
Ya Rəbb, qulağın eşitsin, gözün görsün. Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi bütün sözlərə qulaq as.
18
Ya Rəbb, doğrudur, Aşşur padşahları bütün ölkələri və onların torpaqlarını talan etdi,
19
allahlarını oda atıb məhv etdi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi.
20
Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız Sənsən!»
21
Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrail Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə dua etdin”.
22
Onun haqqında Rəbbin söylədiyi söz budur:“Bakirə Sion qızıSənə xor baxıb lağ edir,Yerusəlim qızıSənin arxanca başını bulayır.
23
Kimi söyüb küfr etdin?Kimə qarşı səsini qaldırdın?Kimə lovğalıqla baxdın?İsrailin Müqəddəsinə!
24
Nökərlərinin vasitəsilə Rəbbi təhqir edib dedin:‹Çoxlu döyüş arabalarımlaDağların zirvəsinə,Livanın ən uca yerlərinə çıxdım.Uca sidr ağaclarını,Gözəl şam ağaclarını kəsdim,Uzaq təpələrinə,Yaşıl meşələrinə çıxdım.
25
Quyu qazdım və sularını içdim,Misirin bütün çaylarını ayağımla qurutdum›.
26
Məgər eşitməmisən ki,Mən çoxdan bu işi hazırladım,Qədimdən bəri müəyyən etdiyimiİndi yerinə yetirirəm ki,Sən qalalı şəhərləri dağıdıbViranəliyə çevirəsən.
27
Bu şəhərlərin sakinləri zəiflədi,Çaşqınlığa və xəcalətə düşdü.Yetişməmişdən əvvəl yandırılanÇöl otu, göyərti və damda bitən ot kimi oldu.
28
Sənin oturuşunu,Girişini-çıxışını,Mənə qarşı hiddətini bilirəm.
29
Mənə qarşı hiddətləndiyinə görə,Lovğalığın qulağıma çatdığına görəHalqamı burnuna və yüyənimi ağzına taxacağam,Səni gəldiyin yolla geri qaytaracağam.
30
Ancaq sənin üçün əlamət budur, ey Xizqiya!Bu il və gələn il özü yetişən barını,Üçüncü il isə taxıl zəmilərini,Üzüm bağları salıb onların bəhrəsini yeyin.
31
Yəhuda nəslindən qurtulub sağ qalanlarYenə aşağıya doğru kök atacaq,Yuxarıya doğru bəhrə verəcək.
32
Çünki qalanlar Yerusəlimdən,Xilas olanlar Sion dağından çıxacaq.Ordular Rəbbinin qeyrəti bunu edəcək”.
33
Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir:“O bu şəhərə girməyəcək,Oraya ox atmayacaq,Qarşısına qalxanla çıxmayacaq,Qala önündə torpaq qalağı qurmayacaq.
34
Ancaq gəldiyi yolla geri qayıdacaq,Bu şəhərə girməyəcək”Rəbb bəyan edir.
35
“Mən bu şəhəri Özüm üçün,Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».
36
O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb.
37
Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı.
38
O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek ilə Şareser onu qılıncla öldürdü və Urartu ölkəsinə qaçdı. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.
← Chapter 36
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 38 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66