bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 60
Isaiah 60
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 59
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 61 →
1
Qalx, işıqlan, çünki nurun gəldi,Rəbbin izzəti üzərinə gəldi!
2
Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək.Amma Rəbb üzərinə nur saçacaq,İzzəti səni əhatə edəcək.
3
Millətlər sənin nuruna,Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək.
4
Qaldır başını, bax ətrafına,Hamı yığılıb yanına gəlir!Oğulların uzaqdan gəlir,Qızların qucaqda gətirilir.
5
O vaxt bunu görüb üzün nur saçacaq,Ürəyin sevincdən tez-tez çırpınacaq.Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək,Millətlərin sərvəti sənə gələcək.
6
Dəvə sürüləri, Midyan və Efa köşəkləriTorpaqlarını dolduracaq.Bütün Səba xalqı gəlibQızıl və kündür gətirəcək,Rəbbə həmdlər söyləyəcək.
7
Qedarın bütün qoyun sürüləri yanına yığılacaq,Nevayotun qoçları sənin əlinin altında olacaq,Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək.Şərəfli evimi daha da izzətləndirəcəyəm.
8
Kimdir bunlar, bulud kimi,Yuvalarına yaxınlaşan göyərçin tək uçub gələnlər?
9
Uzaq diyarlar Mənə ümid bağladıqlarına görəTarşiş gəmiləri başda olmaqlaAllahın Rəbbin şərəfinə,Səni ucaldan İsrailin Müqəddəsi üçünSənin övladlarını qızıl-gümüşü iləUzaqdan gətirən gəmilərdir bunlar.
10
Əcnəbilər divarlarını tikəcək,Padşahları sənə xidmət edəcək.Qəzəbimdə səni vurdumsa da,Lütfümlə sənə mərhəmət edəcəyəm.
11
Darvazaların həmişə açıq qalacaq,Nə gecə, nə də gündüz qıfıllanmayacaq ki,Millətlərin sərvəti sənə təqdim olunsun,Padşahları yanına gətirilsin.
12
Çünki sənə xidmət etmək istəməyənMillət ya padşahlıq məhv olacaq,Bəli, o millətlər tamamilə yox olacaq.
13
Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağaclarıMüqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçünBirgə yanına gətiriləcək,Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm.
14
Sənə zülm edənlərin övladlarıGəlib önündə təzim edəcək.Sənə həqarətlə baxanların hamısıAyaqlarına düşüb səcdə edəcək.Sənə Rəbbin şəhəri,İsrailin Müqəddəsinin Sionu deyəcəklər.
15
Səni tərk edib nifrət etdilər,Yanından heç kim keçmirdi,İndi isə Mən səni əbədi fəxr,Nəsillər boyu sevinc edəcəyəm.
16
Millətlər və padşahlarBir ana kimi sənə süd verəcəklər.O vaxt biləcəksən ki, səni qurtaran Rəbb,Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm.
17
Sənə tunc əvəzinə qızıl,Dəmir yerinə gümüş,Ağac yerinə tunc,Daş əvəzinə dəmir gətirəcəyəm.Əmin-amanlığı başçın,Salehliyi hökmdarın təyin edəcəyəm.
18
Ölkəndən zorakılıq,Sərhədlərindən viranəlik,Qırğın xəbəri gəlməyəcək.Divarlarını «Xilas»,Darvazalarını «Həmd» adlandıracaqsan.
19
Artıq gündüz günəş sənin işığın olmayacaq,Gecə ay sənə aydınlıq verməyəcək.Çünki Rəbb əbədi nurun,Allahın sənin şöhrətin olacaq.
20
Günəşin batmayacaq, ayın gizlənməyəcək,Çünki Rəbb əbədi nurun olacaq,Sənin yaslı günlərin qurtaracaq.
21
Bütün xalqın saleh olacaq,Torpağı əbədi mülk olaraq alacaq.Onlar əkdiyim fidandır,Şöhrətimi göstərmək üçün əlimin işidir.
22
Ən kiçik ailədən böyük nəsil törəyəcək,Azsaylı nəsil qüdrətli millət olacaq.Mən Rəbb bunu öz vaxtında tez edəcəyəm.
← Chapter 59
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 61 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66