bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 42
Isaiah 42
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 41
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 43 →
1
Budur, Mənim saxladığım, seçdiyim qulum!Könlüm ondan razıdır!Mən Öz Ruhumu onun üzərinə qoymuşam.O, millətlərə ədalət gətirəcək.
2
Çığırmayacaq, səsini qaldırmayacaq,Küçələrdə heç kim onun səsini eşitməyəcək.
3
Əzilmiş qamışı qırmayacaq,Tüstülənən piltəni söndürməyəcək.O, ədaləti sədaqətlə yayacaq.
4
O, yer üzündə ədaləti quranadəkÜmidini, cəsarətini itirməyəcək,Uzaq diyarlar onun qanununa etibar edəcək.
5
Göyləri yaradıb onları sərən,Yeri və onun üzərindəkiləri düzəldən,Dünyadakı adamlara nəfəs verən,Yer üzündə gəzən insanlara ruh verənRəbb Allah belə deyir:
6
«Mən Rəbb salehliyimlə səni çağırdım,Səni əlindən tutacağam,Səni qoruyacağam,Səni xalqım üçün əhd edəcəyəm,Millətlərə nur edəcəyəm ki,
7
Korların gözlərini açasan,Zindandan dustaqları,Zülmətdə, həbsxanada oturanları azad edəsən.
8
Mən Rəbbəm, adım budur.Öz izzətimi heç kimə vermərəm,Həmdlərimi bütlərə bəxş etmərəm.
9
Budur, əvvəlki işlər həyata keçdi,İndi Mən təzə işləri bəyan edirəm,Onlar yetişməmişdən əvvəlSizi xəbərdar edirəm».
10
Ey dəniz səyyahları, dənizdəki canlılar,Uzaq diyarlar və orada yaşayanlar,Rəbbə yeni ilahi oxuyun!Dünyanın ən ucqar yerlərindənOna həmdlər gətirin!
11
Qoy səhra və oradakı şəhərlər,Qedar xalqı yaşayan kəndlər səsini ucaltsın,Sela sakinləri tərənnüm nəğməsi söyləsin,Dağların zirvəsindən qışqırsın.
12
Hamı Rəbbi izzətləndirsin,Uzaq diyarlar da Ona həmd etsin.
13
Rəbb cəsur igid kimi çıxacaq,Cəngavər kimi qeyrətə gələcək,Çığırıb döyüş nərəsi çəkəcək,Düşmənlərinə Öz qüdrətini göstərəcək.
14
Rəbb deyir:«Xeyli vaxtdır ki, dinmirəm,Susuram, səbir edirəm,İndi isə doğuş ağrısı çəkən qadın kimiQışqıracağam, təngnəfəs olub zarıyacağam.
15
Dağları, təpələri dağıdacağam,Bütün yaşıllıqlarını qurudacağam,Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam.
16
Korları tanımadıqları yolla aparacağam,Onlara bilmədikləri yollarda rəhbər olacağam.Qaranlığı qarşılarında işığa,Kələ-kötür yolları düzənliyə çevirəcəyəm.Bu şeyləri onlar üçün edəcəyəm,Onları tərk etməyəcəyəm.
17
Oyma bütlərə güvənənlər,Tökmə bütlərə “Sizsiniz allahlarımız” deyənlərGeri qaytarılıb utandırılacaq.
18
Ey karlar, eşidin!Ey korlar, baxın, görün!
19
Qulum qədər kor olan varmı?Göndərdiyim qasid qədər kar olan varmı?Özünü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı?
20
Siz çox şey gördünüz, amma nəzərə almadınız,Qulaqlarınız açıq idi, amma eşitmədiniz!»
21
Rəbb Öz salehliyi naminəQanununu ucaldıb izzətləndirməkdən xoşlandı.
22
Lakin bu qarət olunmuş, soyulmuş xalqdır.Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır.Onlar ovlanıb və qurtaranları yoxdur.Onları qarət edirlər, «geri qaytarın» deyən yoxdur.
23
Sizdən kim buna qulaq asacaq,Gələcəkdə kim diqqətlə dinləyəcək?
24
Yaqub nəslini, İsraili soyğunçular əlinəKim qarət edilmək üçün təslim etdi?Məgər qarşısında günah işlətdiyimiz Rəbb deyilmi?Onlar Onun yolları ilə getmək istəmədi,Qanununa qulaq asmadı.
25
Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı.Od onları dövrəyə aldı,Amma onlar anlamadılar,Onları yandırdı,Amma ona ciddi fikir vermədilər.
← Chapter 41
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 43 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66