bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 3
Isaiah 3
Azerbajani (Azərbaycan Bibliyası 2008)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 4 →
1
Budur, Sahibimiz, Ordular RəbbiYerusəlimdən və Yəhudadan hər bir yardımı, köməyi,Bütün çörək, su yardımını kəsəcək.
2
İgidlərlə cəngavərləri,Hakimlərlə peyğəmbərləri,Falçılarla ağsaqqalları,
3
Əllibaşılarla adlı-sanlı adamları, məsləhətçiləri,Mahir sehrbazlarla cadugərləri aradan qaldıracaq.
4
Uşaqları onların üzərinə başçı qoyacağam,Qoy körpələr onlara hökm etsin.
5
İnsan insanla, qonşu qonşusu ilə,Cavan yaşlı ilə, adi adam nüfuzlu insanlaHəyasızcasına rəftar edəcək.
6
Ailədə qardaş qardaşa sarılıb deyəcək:«Sənin heç olmasa əyninə geyməyə paltarın var.Sən başçımız ol,Qoy bu xarabalıqlar sənin əlinin altında olsun!»
7
O vaxt bu adam uca səslə söyləyəcək:«Mən yaralarınızı sarımağı bacarmaram,Çünki evimdə nə yemək, nə də paltar var,Məni xalqın başçısı qoymayın».
8
Yerusəlim sarsıldı, Yəhuda dağıldı,Çünki sözləri və əməlləriRəbbə qarşı oldu,Onun əzəmətli hüzuru kimsə tərəfindən sayılmadı.
9
Sifətlərinin ifadəsi onlara qarşı şəhadət edir,Günahları haqda Sodomdakı kimi açıq danışırlar,Bunu gizlətmirlər.Vay onların halına!Axı bu bəlanı başlarına özləri gətirdi.
10
Saleh adamlara söyləyin ki,Onlara yaxşılıq ediləcək,Çünki onlar xeyirxahlıqlarının bəhrəsini yeyəcək.
11
Pis adamların vay halına!Çünki onlara pislik olunacaq,Elədikləri əməlləri qarşılarına çıxacaq.
12
Uşaqlar xalqıma zülm edir,Qadınlar üzərimizdə hökm sürür!Ey xalqım, sənə yol göstərənlərSəni azdırır, yolunu dolaşdırırlar!
13
Rəbb məhkəməsini qurmaq üçün qalxır,Xalqları mühakimə etmək üçün durur.
14
Rəbb xalqının rəhbərlərini,Başçılarını məhkəməyə gətirir:«Sizsiniz üzüm bağını yeyib-dağıdan,Kasıbların malı ilə evlərinizi dolduran.
15
Nə haqla xalqıma zülm edibYoxsullara əzab verirsiniz?»Bunu Ordular Rəbbi Xudavənd bəyan edir.
16
Rəbb deyir: Madam kiSion qızları çox təkəbbürlüdür,Boylana-boylana gəzir, göz-qaş oynadır,Addımlarını asta-asta atırlar,Ayaqlarındakı xalxalları cingildədib yeriyirlər,
17
Buna görə də XudavəndSion qızlarının başlarına qotur salacaq.Ayıb yerlərini açıb göstərəcək.
18
O gün Xudavənd onların bəzəklərini –Topuqlara taxılan bilərziklərini,Araqçınlarını, aypara şəkilli boyunbağılarını,
19
Sırğalarını, qolbaqlarını, örpəklərini,
20
Tac şəkilli başlıqlarını,Bazubəndlərini, qurşaqlarını,Ətirlə dolu mücrülərini,Tilsimlənmiş bəzək əşyalarını,
21
Üzüklərini, burun halqalarını,
22
Bayram libaslarını, paltarlarını,Örtüklərini, əl çantalarını,
23
Güzgülərini, nəfis toxunmuş kətan libaslarını,Çalmalarını, duvaqlarını əllərindən alacaq;
24
O vaxt gözəl ətir yerinə üfunət,Kəmər əvəzinə ip,Lülə-lülə saç əvəzinə keçəl baş,Bəzəkli paltar əvəzinə çul bürüncək,Gözəllik əvəzinə dağlanma olacaq.
25
Kişiləriniz qılıncla,İgidləriniz döyüşdə məhv olacaq.
26
Yerusəlimin darvazalarıNalə çəkib yas tutacaq,Bu şəhərsə kimsəsiz qadın təkQuru yerdə oturacaq.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66